Hadisələr
SOCAR-ın Xidmətlərin İdarəedilməsi Departamentinin rəhbərinin Caspian Pipe Coatings MMC-yə (CPC) səfəri
Bu gün Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Xidmətlərin İdarəedilməsi Departamentinin rəhbəri Rüfət Rzayev Azneft İB-nin “Neft Daşları–Çilov–Şah Dili” Layihəsi çərçivəsində həyata keçirilən işlərlə tanış olmaq məqsədilə CASPIAN PIPE COATINGS MMC-nin (CPC) istehsalat sahəsinə səfər edib.
Səfər zamanı CPC komandası layihənin cari vəziyyəti barədə təqdimat keçirib, beton örtük tətbiqi prosesini nümayiş etdirib, örtüklənmiş borulara baxış keçirib, həmçinin əsas əməliyyat prioritetləri və qarşıda duran fəaliyyətlər ətrafında müzakirələr aparıb.
Səfər bütün iştirakçıların fəal iştirakı ilə səmərəli müzakirələr, dəyərli tövsiyələr və faydalı fikir mübadiləsi şəraitində başa çatıb.