İstehsalat gücü
İstehsalat gücü
Müasir Avropa avadanlığına malik olmaqla CPC zavodu vahid istehsalat sistemini birləşdirən ayrı-ayrı sexlərdən ibarətdir.
Boru izolyasiya sexi:
Bu sexdə diametri 4 düymdən 48 düymədək olan boruların üzərinə epoksid qatı, adqeziv, polietilen və ya polipropilendən ibarət olan üçqat örtük çəkilir.
Beton örtükləmə sexi:
Bu sexdə örtükləmə işləri diametri 8 düymdən 30 düymədək olan borularda aparılır, çəkilən betonun sıxlığı 2240-3100 kq/m3 arasında dəyişir, örtüyün qalınlığı isə 40mm-dən 150 mm-ə qədərdir.
Daxili izolyasiya sexi:
Bu sexdə daxili (qumlama) təmizləmədən sonra borunun daxili səthinə korroziyaya qarşı xüsusi qoruyucu rəng çəkilir.
Anod quraşdırma sexi:
Bu sexdə betonla örtüklənmiş boruların üzərinə anod halqaların quraşdırılması həyata keçirilir. Anod halqalarının quraşdırılması-katod müdafiəsi-korroziyanın təsirinin minimuma endirilməsi ilə boru kəmərinin istismar müddətinin artırılması məqsədilə yerinə yetirilir.