Valyuta məzənnəsi: $ 1.7 € 1.8255 ₽ 0.0174 ₺ 0.0497
AZ EN RU

SƏTƏM

İnsanlara, ətraf mühitə və əmlaka heç bir ziyan vurmamaq!

Zavodumuz ən müasir layihə əsasında, təhlükəsizlik qaydaları və ətraf mühitin qorunması tələbləri ciddi nəzərə alınmaqla inşa edilmişdir. Texniki təhlükəsizlik sisteminin başlıca amillərdən biri işlərin təhlükəsiz həyata keçirilməsini təmin edir. CPC-nin sağlamlığin və ətraf mühitin mühafizəsinə dair öhdəlikləri şirkətin korporativ fəlsəfəsinin mühüm hissəsidir. Zavodda və istehsal sahələrində gündəlik fəaliyyətimiz zamanı iş yerində bizim personalın, müştərilərin, təchizatçıların və üçüncü şəxslərin təhlükəsizliyinə və sağlamlığına və əlbəttə, ətraf mühitin yüksək səviyyədə mühafizəsinə çalışırıq.

”İnsanlara, ətraf mühitə və əmlaka heç bir ziyan vurmamaq!” şüarı CPC-nin  əsas prinsiplərindən biri olaraq qalır.

"Caspian Pipe Ccoatings" MMC həyata keçirdiyi bütün işgüzar fəaliyyət zamanı sağlam və təhlükəsiz iş yerinin təmin olunmasını və ətraf mühitə olan təsirin minimuma endirilməsini öhdəsinə götürür. Bu öhdəliyin həyata keçirilməsi bütün CPC əməkdaşlarının birbaşa borcudur və rəhbərliyin əsas məqsədidir.
 
CPC-nin Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin mühafizəsi idarəetmə sistemi ISO 45001 və ISO 14001 standartlarının tələblərinə uyğun olaraq fəaliyyət göstərir. Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin mühafizə edilməsi sahəsində həyata keçirilən fəaliyyətin davamlı olaraq təkmilləşdirilməsi öhdəliyimiz olduğu üçün bütün qüvvədə olan Qanunvericilik və digər Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin mühafizəsi tələblərinə uyğunluq minimum məqsəddir. 
 
Biz əminik ki, şirkətin Sağlamlıq, Təhlükəsizlik, Ətraf Mühit və Mühafizə sisteminin həyata keçirilməsi şirkətin fəaliyyət nəticələrini nəzərəçarpacaq dərəcədə yaxşılaşdırır.

ƏSAS HƏDƏFİMİZ - İNSANLARA, ƏTRAF MÜHITƏ VƏ ƏMLAKA HEÇ BIR ZIYAN VURMAMAQ

SƏTƏM MEYARLARI

1

İşçi heyəti və qonaqlar üçün təhlükəsiz, sağlam, və mühafizə olunan iş yerinin təmin olunması

2

Təşkilatın məqsədinə, ölçüsünə, kontekstinə, əməyin mühafizəsi və təhlükəsizliyinin spesifik xüsusiyyətlərini və imkanlarını nəzərə almaqla, iş fəaliyyəti zamanı zədələnmə və sağlamlığın itirilməsi hallarının qarşısının alınması məqsədilə təhlükəsiz və sağlam əmək şəraitinin təmin olunmasıdır

3

Bütün qanuni və müvafiq tələblərin yerinə yetirilməsinin təmin olunması. Azərbaycan Respublikası Qanunvericiliyinin Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin mühafizəsinə dair tələblərə, müştərinin tələblərinə, beynəlxalq standartlar və qaydalara uyğun təmin olunması

4

SƏTƏMM məqsədlərinin, hədəflərinin, ölçü tədbirlərinin və hesabat sisteminin təyin olunması

5

SƏTƏMM İdarəetmə sisteminin uyğunluğunun ardıcıl olaraq yoxlanması, qiymətləndirilməsi və hesabat verilməsi

6

İşçi heyətinin nümayəndələri vasitəsilə işçilərin məsləhətləşmə və iştirak prosesinə qatılmasının təşkili olunması

7

İşçi heyətinin öz tapşırıqlarını təhlükəsiz və bacarıqla yerinə yetirməsi üçün lazımi məlumat, göstəriş və təlim kurslarının, eləcə də nəzarətin təmin olunması

8

Potensial təhlükələrin aradan qaldıraraq, əməyin mühafizəsi və təhlükəsizlik üzrə risklərin endirilməsi. İşlə əlaqəli risklərin qiymətləndirilməsi, risklərin aradan qaldırılması və ya minimuma endirilməsi üçün nəzarət tədbirlərinin, uyğun mənbələrin və nəzarətin təmin edilməsi, fövqəladə hallar zamanı lazımi tədbirlərin həyata keçirilməsinə hazırlıqlı olmaq

9

Bütün işlək prosedurların riskin qiymətləndirilməsi prosesindən irəli gələn məsləhətlər əsasında sistematik olaraq yoxlanılması və redaktə edilməsi

10

İşgüzar fəaliyyət zamanı ətraf mühitə olan təsirin minimuma endirilməsini təmin etmək üçün təbii resursların qorunması, tullantının ləğv edilməsi, materialların yenidən istifadəsi və təkrar emal olunması, və enerji istifadəsinin düzgün idarə olunması

11

Görülmüş işlərin təhlili və əldə olunmuş nəticələrin SƏTƏMM göstəricilərinin təkmilləşdirilməsi üçün davamlı istifadə olunması

12

SƏTƏMM siyasətinin, qarşıya qoyulmuş məqsədlərin və idarəetmə sisteminin aktuallığına, müvafiq və tam olduğuna təminat vermək, onlar haqqında bütün işçiləri məlumatlandırmaq və ictimaiyyətin nəzərinə çatdırmaq üçün onların ardıcıl olaraq təhlil edilməsi

13

Podratçıların icbari SƏTƏMM qaydalarının tələblərini yerinə yetirdiyinə seçim prosesi və sonradan keçirilən təlimlər vasitəsilə təminat verilməsi