Valyuta məzənnəsi: $ 1.7 € 2.0009 ₽ 0.0231 ₺ 0.1985
AZ EN RU

Kadr siyasәti

“Caspian Pipe Coatings” MMC-də müxtəlif ixtisaslı, yüksək bacarıqlara və təcrübəyə malik mütəxəssislər çalışırlar. Bizim işçiləri korporativ kadr siyasətinin fundamental əsasları birləşdirir:
Fərdililik

Fərdililik

Biz hər bir işçini şəxsiyyət kimi dəyərləndirir və ona hörmət edirik

İmkanlar

İmkanlar

Biz hər bir işçiyə karyera və ixtisasartırma üçün geniş imkanlar yaradırıq

Obyektivlik

Obyektivlik

Biz hər bir işçinin töhfəsini obyektiv qiymətləndirir və mükafatlandırırıq

Açıqlıq

Açıqlıq

Biz açıq dialoqu peşəkar münasibətlərin və bizim şirkətin inkişafına aparan yol hesab edirik

Biz cəmiyyətin inkişafında iştirak edə və bizim komandaya daxil ola biləcək istedadlı mütəxəssislərin və yüksək ixtisaslı işçilərin cəlb olunmasında maraqlıyıq. Hazırda bizim kollektivdə iki elmlər namizədi çalışır.

 "Caspian Pipe Coatings" MMC yüksək ixtisaslı mütəxəssislərin bacarıqlarının erkən mərhələlərdə formalaşmasına maraq göstərir və ona görə ölkənin bir çox universitet və texniki institutları ilə əməkdaşlıq edir.  

Bizim kadr siyasətinin əsas məqsədlərindən biri - karyera və ixtisasartırma üçün imkanların yaradılmasıdır. Biz təhlükəsiz iş şəraitini yaradırıq, sosial zəmanətləri təmin edirik, treninqlər keçiririk, təcrübə mübadiləsinə və ixtisasın artırılmasına dəstək veririk.

“Caspian Pipe Coatings” MMC  öz potensial işçilərinə qarşı yüksək tələblər irəli sürür. İxtisasla bərabər, biz  problemləri həll etmək və qərar qəbul etmək bacarığını yüksək qiymətləndiririk. Həmçinin səmimilik və düzgünlük, nəticəyə nail olmaq istəyi, prosesləri idarə etmək bacarığı və əlbəttə, liderlik potensialı tərəfimizdən yüksək qiymətləndirilir.  

Vakansiyalar bölməsində ixtisasınıza və təcrübənizə uyğun olan vakansiya seçmək və Tərcümeyi-Halı tərtib etməyi Sizə təklif edirik.

Strateji məqsədimiz - insanların işləmək istədiyi şirkət kimi mövcud olmaqdır. Biz qarşımıza yalnız vahid peşəkar komandanın nail ola biləcəyi böyük məqsədlər qoyuruq.