Valyuta məzənnəsi: $ 1.7 € 1.8082 ₽ 0.0181 ₺ 0.0522
AZ EN RU

CPC - İlin şirkəti 2010

CPC - İlin şirkəti 2010

18.12.2010.

“Caspian Pipe Coatings” müxtəlif təyinatlı yerüstü və sualtı boruların örtüklənməsi və logistika xidmətləri üzrə ilin şirkəti adına layiq görülüb.

"İlin şirkəti" Milli Mükafatının 5-ci yubiley təqdimetmə mərasimi 18 dekabr 2010-ci ildə ”Gülüstan” sarayında keçirilmişdir. Consulting&Business işgüzar jurnalının Regional şirkətlər arasında keçirdiyi onlayn sorğunun yekunlarına əsasən “Caspian Pipe Coatings” MMC Xəzər ətrafı regionda “Müxtəlif təyinatlı yerüstü və sualtı boruların örtüklənməsi və logistika xidmətləri üzrə ilin şirkəti” adına layiq görülmüşdür.

Mükafatın əsas məqsədi, iqtisadiyyatın müxtəlif sahələrində əhəmiyyətli nəticələr əldə etmiş, Azərbaycan biznesinin müsbət imicinin yaradılmasına, ölkənin dünya iqtisadiyyatına inteqrasiyasına, əhalinin rifah halının yaxşılaşdırılmasına şərait yaratmış şirkətləri mükafatlandırılmaqdır.

Qalereya