Valyuta məzənnəsi: $ 1.7 € 1.8399 ₽ 0.0185 ₺ 0.0526
AZ EN RU

“Uğur” mükafatı

“Uğur” mükafatı

24.04.2013.

“Caspian Pipe Coatings” MMC “Sualtı və yerüstü magistral boru xətlərinin korroziyaya qarşı və betonla örtüklənməsində əldə olunan nailiyyətlərə görə “  nominasiyası üzrə “Uğur” mükafatına layiq görülmüşdü.

24 aprel 2013-cü il “Jumeirah Bilgah Beach Hotel”-də, “Consulting & Business” jurnalı tərəfindən 2000-ci ildə təsis edilən iqtisadiyyat və biznes sahəsində öncül mükafatlarından biri hesab olunan “Uğur” mükafatının təqdimetmə mərasimi keçirilmişdi.

Cari ildə nüfuzlu mükafatın həmtəşkilatçıları Azərbaycan Sahibkarlar Konfederasiyası (ASK) və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) olmuşdurlar. 2012-ci il ərzində keçirilən sorğuların nəticələrinə əsasən Uğur mükafatının laureatları Azərbaycan iqtisadiyyatını müxtəlif sahələrini təmsil edən 32 şirkət və fiziki şəxs olmuşdur.
 
“Uğur” mükafatının bu ilki laureatları arasında “Caspian Pipe Coatings” (CPC) MMC-də olmuşdur. CPC MMC “Sualtı və yerüstü magistral boru xətlərinin korroziyaya qarşı və betonla örtüklənməsində əldə olunan nailiyyətlərə görə “  nominasiyası üzrə qalib elan olunmuşdu. Mükafatı təqdim etmək üçün “Caspian Pipe Coatings” MMC-nin Direktoru Azər N. İsayev səhnəyə dəvət edilmişdir. Öz növbəsində Direktor CPC adından “Uğur” mükafatının təsisçilərinə göstərdikləri etimada görə minnətdarlığını bildirmiş və müəssisənin 2012-ci ildə icra etdiyi layihələr haqqında tədbir iştirakçılarına qısa məlumat çatdırmışdır.

Tədbirdə müəssisəmizi Direktor Azər N. İsayev, Direktorun müavini Rasim Mustafayev, Maliyyə və mühasibatlıq şöbəsinin meneceri Anar Məmmədov, İstehsalat üzrə menecer İlham Zeynalov və İnzibati işlər və marketinq üzrə mütəxəssis Emin Əmirov təmsil etmişdir.

 

Qalereya