İSO Sertifikasiyası
İSO Sertifikasiyası
07.07.2022
2022-ci ilin 8-13 iyun tarixlərində UKAS-da akkreditasiyadan keçmiş İNTERTEK şirkəti tərəfindən “Caspian Pipe Coatings” MMC-nin Vahid İdarəetmə Sisteminin beynəlxalq ISO standartlarının uyğunluğuna dair yenidən sertifikatlaşdırılma auditi keçirilmişdir. Audit prosedurunun nəticələrinə əsasən Caspian Pipe Coatings MMC-nin fəaliyyəti ISO 9001:2015, ISO 14001:2015 və ISO 45001:2018 standartlarının tələblərinə tam uyğun olduğu müəyyən edilmişdir. Bununla əlaqədar müəssisə növbəti 3 il müddətinə beynəlxalq səviyyədə tanınan ISO 9001:2015, ISO 14001:2015 və ISO 45001:2018 sertifikatlara layiq görülmüşdür.
Sertifikatlar aşağıdakı fəaliyyətləri əhatə edir:
Boru örtükləmə:
- Korroziyaya qarşı daxili və xarici izolyasiya
- Boruların daxili təmizlənməsi
- Betonla örtükləmə və anodun quraşdırılması
- ÇQPP (Çoxqatlı Polipropilen Köpük örtükləmə)