Valyuta məzənnəsi: $ 1.7 € 1.8082 ₽ 0.0181 ₺ 0.0522
AZ EN RU

Ayın işcisi

May Ayının İşçisi və SƏTTƏM üzrə Ayın İşçisi seçilmişdir

May - 2012

“Çıraq Neft Layihəsi”-nin icrası zamanı yüksək göstəricilərinə görə, o cümlədən nizam-intizam və SƏTTƏM qaydalarına ciddi riayət edən işçilər şirkətin menecerləri arasında May ayının nəticələrinə əsasən  keçirilən sorğuların əsasında  müvafiq olaraq “Ayın İşçisi” və SƏTTƏM üzrə Ayın İşçisi adlarına layiq görülmüşlər. Belə ki, Franka Harle Caspian Pipe Coatings (CPC) üzrə Ayın İşçisi, Tağıyev Sucəddin isə SƏTTƏM üzrə Ayın işçisi seçilmişdir.

Franca Harle Çıraq Neft Layihəsininicrası çərçivəsində “Caspian Pipe Coatings” MMC ailəsinə qoşulmuş və “Zavod / İstehsalat üzrə menecer köməkçisi” kimi öz fəaliyyəti ilə seçilmişdir. Göstərdiyi uğurlara görə 2012-ci ilin may ayı üzrə “Ayın ən yaxşı işçisi” mükafatına layiq görülmüşdür.

 

 

Tağıyev Sucəddin İsfəndiyar oğlu 18.02.2003-cü il tarixindən müxtəlif vəzifələrdə çalışaraq Çıraq Neft Layihəsinin icrası dövründə Boru İzolyasiya sexinin “Daxili qumlama üzrə briqadiri” vəzifəsinə təyin edilmişdir. Xüsusilə də, daxili qumlama prosesi müddətində SƏTTƏM qaydalarına riayət edən işçi kimi seçilmiş və 2012-ci ilin may ayı üzrə “SƏTTƏM üzrə Ayış İşçisi” mükafatına layiq görülmüşdür.