Valyuta məzənnəsi: $ 1.7 € 1.8205 ₽ 0.0184 ₺ 0.0522
AZ EN RU

Ayın işcisi

Aprel Ayının İşçisi və SƏTTƏM üzrə Ayın İşçisi seçilmişdir

Aprel - 2012

“Çıraq Neft Layihəsi”-nin icrası zamanı yüksək göstəricilərinə görə, o cümlədən nizam-intizam və SƏTTƏM qaydalarına ciddi riayət edən işçilər şirkətin menecerləri arasında Aprel ayının nəticələrinə əsasən  keçirilən sorğuların əsasında  müvafiq olaraq “Ayın İşçisi” və SƏTTƏM üzrə Ayın İşçisi adlarına layiq görülmüşlər. Belə ki, Zeynalov İlham Caspian Pipe Coatings (CPC) üzrə Ayın İşçisi, Qasımov Rafiq və Səttarov İlqar isə SƏTTƏM üzrə Ayın işçisi seçilmişdir

Zeynalov İlham Fərman oğlu “Caspian Pipe Coatings” MMC-dəki fəaliyyəti dövründə müxtəlif layihələrin icrasında yaxından iştirak etmiş, Çıraq Neft Layihəsinin icrası çərçivəsində boruların korroziyaya qarşı və betonla örtüklənməsində “Zavod / İstehsalat üzrə koordinator” kimi mühüm rol oynamışdır. Göstərdiyi uğurlara görə 2012-ci ilin aprel ayı üzrə “Ayın ən yaxşı işçisi” mükafatına layiq görülmüşdür.

Qasımov Rafiq Mehyəddin oğlu 2006-cı ilin noyabr ayından 2007-ci ilin oktyabr ayınadək, daha sonra isə 2008-ci ilin avqust ayından dekabr ayınadək “Caspian Pipe Coatings” MMC-də SƏTƏM inzibatçısı vəzifəsində işləmiş, yeni layihənin başlanması ilə əlaqədar 2010-cu ilin dekabr ayından yenidən CPC kollektivinə qoşulmuşdur. Çıraq Neft Layihəsinin icrası dövründə SƏTTƏM qaydalarına riayət edən işçi kimi seçilmiş və 2012-ci ilin aprel ayı üzrə “SƏTTƏM üzrə Ayış İşçisi” mükafatına layiq görülmüşdür.

Səttarov İlqar Ələkbər oğlu müxtəlif dövrlərdə “Caspian Pipe Coatings” MMC-də fəaliyyət göstərmiş, yeni layihənin başlanması ilə əlaqədar 2011-ci ilin fevral ayında “Keyfiyyətə Nəzarət üzrə inspektor” vəzifəsinə qəbul edilmişdir. Çıraq Neft Layihəsinin icrası dövründə SƏTTƏM qaydalarına riayət edən işçi kimi seçilmiş və 2012-ci ilin aprel ayı üzrə “SƏTTƏM üzrə Ayış İşçisi” mükafatına layiq görülmüşdür