Valyuta məzənnəsi: $ 1.7 € 1.8082 ₽ 0.0181 ₺ 0.0522
AZ EN RU

Ayın işcisi

Mart Ayının İşçisi və SƏTTƏM üzrə Ayın İşçisi seçilmişdir

Mart - 2012

“Çıraq Neft Layihəsi”-nin icrası zamanı yüksək göstəricilərinə görə, o cümlədən nizam-intizam və SƏTTƏM qaydalarına ciddi riayət edən işçilər şirkətin menecerləri arasında Mart ayının nəticələrinə əsasən  keçirilən sorğuların əsasında  müvafiq olaraq “Ayın İşçisi” və SƏTTƏM üzrə Ayın İşçisi adlarına layiq görülmüşlər. Belə ki, Allahverdiyev Seymur Caspian Pipe Coatings (CPC) üzrə Ayın İşçisi, Tariverdiyev Kamran SƏTTƏM üzrə Ayın işçisi seçilmişdir.

Allahverdiyev Seymur Teymur oğlu “Caspian Pipe Coatings” MMC-dəki fəaliyyəti dövründə müxtəlif layihələrin icrasında yaxından iştirak etmiş, Çıraq Neft Layihəsinin icrası çərçivəsində boruların korroziyaya qarşı örtüklənməsində üzərinə düşən vəzifələri vaxtında və müvəfəqiyyətlə yerinə yetirmişdir. Göstərdiyi uğurlara görə 2012-ci ilin mart ayı üzrə “Ayın işçisi” mükafatına layiq görülmüşdür.

 

 

Tariverdiyev Kamran Eynulla oğlu 2006-cı ilin noyabr ayından 2007-ci ilin iyun ayınadək “Caspian Pipe Coatings” MMC-də əvvəlcə fəhlə, daha sonra isə Boru izolyasiya sexinin operatoru vəzifəsində işləmiş, yeni layihənin başlanması ilə əlaqədar 2011-cu ilin sentyabr ayından yenidən həmin vəzifəyə işə qəbul edilmişdir. Kamran Tarıverdiyev  Çıraq Neft Layihəsinin icrası dövründə SƏTTƏM qaydalarına riayət edən işçi kimi seçilmiş və 2012-ci ilin mart ayı üzrə  “SƏTTƏM üzrə Ayış İşçisi” mükafatına layiq görülmüşdür.