Ayın işcisi
Fevral Ayının İşçisi və SƏTTƏM üzrə Ayın İşçisi seçilmişdir
Fevral - 2012
“Çıraq Neft Layihəsi”-nin icrası zamanı yüksək göstəricilərinə görə, o cümlədən nizam-intizam və SƏTTƏM qaydalarına ciddi riayət edən işçilər şirkətin menecerləri arasında Fevral ayının nəticələrinə əsasən keçirilən sorğuların əsasında müvafiq olaraq “Ayın İşçisi” və SƏTTƏM üzrə Ayın İşçisi adlarına layiq görülmüşlər. Belə ki, Rauf Laçınov Caspian Pipe Coatings (CPC) üzrə Ayın İşçisi, Tağıyev Qəhrəman isə SƏTTƏM üzrə Ayın işçisi seçilmişdir.
Laçınov Rauf Balamməd oğlu 07 aprel 2003-cü il tarixindən etibarən “Caspian Pipe Coatings” MMC ailəsinə qoşulmuşdur. Müxtəlif layihələrin icrasında yaxından iştirak edən Rauf Laçınov Boru betonlama sexinin koordinatoru olaraq Çıraq Neft Layihəsinin icrası çərçivəsində boruların beton örtüklənməsinin təhlükəsiz şəkildə həyata keçirilməsində göstərdiyi uğurlara görə 2012-ci ilin fevral ayı üzrə “Ayın ən yaxşı işçisi” mükafatına layiq görülmüşdür
Tağıyev Qəhrəman Məstan oğlu 2003-cü ilin fevral ayından 2008-ci ilin fevral ayınadək “Caspian Pipe Coatings” MMC-də “Mexanik-qaynaqçı” kimi işləmiş, 2010-cu ilin dekabr ayından yeni layihənin başlanması ilə əlaqədar yenidən həmin vəzifəyə işə qəbul edilmişdir. Qəhrəman Tağıyev Çıraq Neft Layihəsinin icrası dövründə SƏTTƏM qaydalarına riayət edən işçi kimi seçilmiş və 2012-ci ilin fevral ayı üzrə “SƏTTƏM üzrə Ayış İşçisi” mükafatına layiq görülmüşdür.