Ayın işcisi
Dekabr Ayının İşçisi və SƏTTƏM üzrə Ayın İşçisi seçilmişdir
Dekabr - 2011
“Çıraq Neft Layihəsi”-nin icrası zamanı yüksək nəticələrə nail olan, nizam-intizam və SƏTTƏM qaydalarına ciddi riayət edən işçilər arasından, şirkətin menecerləri arasında keçirilən müsahibə nəticələrinə əsasən, müvafiq olaraq, Fətdayev İltifat - “Ayın İşçisi”, Rəsulov Zəkəriyə və Bayramov Eldar - SƏTTƏM üzrə Ayın İşçisi adlarına layiq görülmüşdülər.
Fətdayev İltifat Şahin oğlu 01 fevral 2011-ci il tarixindən etibarən “Caspian Pipe Coatings” MMC ailəsinə qoşulmuşdur. Təchizat üzrə köməkçi / Alıcı kimi fəaliyyətə başladığı ilk günlərdən kollektiv arasında özünə qarşı böyük rəğbət qazanmışdır. Göstərdiyi çalışqanlıq və işgüzarlığa görə 2011-ci ilin dekabr ayı üzrə “Ayın ən yaxşı işçisi” mükafatına layiq görülmüşdür.
Rəsulov Zəkəriyə Baldadaş oğlu 2003-cü ilin fevral ayından 2008-ci ilin dekabr ayınadək “Caspian Pipe Coatings” MMC-də kran operatoru kimi işləmiş, 2011-ci ilin fevral ayından yeni layihənin başlanması ilə əlaqədar yenidən həmin vəzifəyə işə qəbul edilmişdir. Zəkəriyə Rəsulov CPC-də fəaliyyət göstərdiyi dövrdə müəssisədə SƏTTƏM qaydalarına ciddi riayət edən işçi kimi özünü göstərmişdir.
Bayramov Eldar Tərcüman oğlu 2006-2007-ci illərdə “Caspian Pipe Coatings” MMC-də Boru İzolyasiya sexində “Qurğu quraşdırıcısı” vəzifəsində işləmiş, 2011-ci ilin fevral ayından yeni layihənin başlanması ilə əlaqədar yenidən işə qəbul edilərək “Boru izoıyasiya sexinin operatoru” vəzifəsinə təyin edilmişdir. O, CPC-də fəaliyyət göstərdiyi dövrdə müəssisədə SƏTTƏM qaydalarına ciddi riayət edən işçi kimi özünü göstərmişdir.