Valyuta məzənnəsi: $ 1.7 € 1.8399 ₽ 0.0185 ₺ 0.0526
AZ EN RU

Ayın işcisi

İyul Ayının İşçisi və SƏTTƏM üzrə Ayın İşçisi seçilmişdir

İyul - 2011

Dörd aydır ki, “Caspian Pipe Coatings”(CPC) şirkəti “Çıraq Neft Layihəsi”(ÇNL)-nin icrasına başlamışdır. Bu müddət ərzində korroziyaya qarşı və betonla örtüklənməsi nəzərdə tutulan boruların 80%-i qəbul olunmuş və istehsala hazır vəziyyətə gətirilmişdir. Layihənin birinci hissəsinin  müvəffəqiyyətlə və qəzasız başa çatdırılması ilə əlaqədar iyul ayından etibarən hər ayın nəticəsinə əsasən şirkət əməkdaşları arasında Ayın İşçisi və SƏTTƏM üzrə Ayın İşçisi mükafatlarının təsis edilməsi CPC şirkətinin rəhbərliyi tərəfindən qərara alınmışdır. İyul ayı ərzində keçirilən sorğulara əsasən CPC-nin 3 əməkdaşı, o cümlədən bir nəfər - Kəmaləddin İmamquliyev Ayın İşçisi və iki nəfər - Yaşar Yaqubov və Vidadi Məmmədov SƏTTƏM üzrə Ayın İşçisi adına layiq görülmüşdür.

CPC-nin ən qocaman və təcrübəli əməkdaşı olan Kəmaləddin İmamquliyev CPC şirkətinin yarandığı dövrdən etibarən Sahə köməkçisi, Avtoyükləyici operator, Briqadir vəzifələrində işləyərkən peşəkar, qayğıkeş və təcrübəli mütəxəssis kimi özünü göstərmişdir. Hazırda o, Boru sahəsi üzrə koordinator vəzifəsində çalışır.
 

Yaşar Yaqubov 2003-cü ildən CPC-də kran operatoru vəzifəsində çalışarkən “Azəri-Çıraq-Günəşli”, “Şahdəniz” və “BTC” layihələrinin icrasında iştirak etmiş, həm texniki baxımdan, həm də kollektivin bir üzvü kimi fəal və bacarıqlı işçi kimi özünü göstərmişdir.

 

Vidadi Məmmədov CPC-də işləyərkən layihənin icrası zamanı SƏTTƏM qaydalarına riayət olunmasında yüksək göstərici nümayiş etdirmişdir.

 

 

Həmçinin, adı çəkilən əməkdaşlar 19 iyun 2011-ci il tarixində CPC-nin Direktoru Azər N. İsayev, Layihə meneceri Eldəniz Hacıməmmədov və SƏTTƏM üzrə menecer Səbuhi Rzayev tərəfindən Sertifikatlarla ilə təltif olunmuşlar.

6_b.jpg (640×480)