Valyuta məzənnəsi: $ 1.7 € 1.8205 ₽ 0.0184 ₺ 0.0522
AZ EN RU

Hadisələr

“Caspian Pipe Coatings” MMC şirkətinin əməkdaşları Layihələri İdarəetmə Məktəbinin məzunu oldular

28.11.2014

Azərbaycanda dövlət və özəl sektorda çalışan şəxslərin layihələrin idarə edilməsi sahəsində bilik və təcrübəsini artırmaq və uzunmüddətli bacarıqları yaratmaq məqsədilə 2011-ci ilin yanvar ayında BP şirkəti və onun tərəfdaşlarının maliyyə dəstəyi ilə təsis edilmiş və ESI International və Xəzər Universiteti tərəfindən həyata keçirilən Layihələri İdarəetmə Məktəbinin (LİM) 3-cü buraxılış tədbiri 28 noyabr 2014-cü il tarixində JW Marriott Hotel Absheron Baku mehmanxanasının Şərq zalında keçirilmişdir. Tədbir LİM-in 80 nəfər məzununa buraxılış sertifikatları təqdim etmək məqsədi daşıyırdı.

“Caspian Pipe Coatings” MMC (CPC) şirkətindən bu tədbirə şirkətin Direktoru cənab Azər N. İsayev və proqramın məzunları olan Direktor müavini Rasim Mustafayev, Layihə meneceri Eldəniz Hacıməmmədov, Maliyyə və mühasibatlıq şöbəsinin meneceri Anar Məmmədov, İstehsalat üzrə menecer İlham Zeynalov və Keyfiyyətə zəmanət sənədləri üzrə koordinator Vüqar Məmmədov qatılmışlar. Cənab Azər N. İsayev şirkətin məzun olan əməkdaşlarını ürəkdən təbrik etmiş və gələcək işlərində müvəffəqiyyətlər arzu etmişdir.

Tədbirdə iştirak edən BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə Regional Prezidenti Cənab Qordon Birrell bildirdi ki, bu layihə vasitəsilə ölkəmizdə yerli potensialın yaradılmasına dəstək verməyə davam edəcəklər. O, yüksək ixtisaslı kadrların hazırlanması üçün, əməkdaşlığın davam etdirilməsinin vacib olduğunu vurğuladı.

İnteraktiv şəkildə keçirilən təhsil proqramını uğurla tamamlayan şəxslər müasir idarəetmə sahəsində vacib hesab edilən ünsiyyət, liderlik, qərarların qəbul edilməsi, planlaşdırma, münaqişələrin həlli, danışıqların aparılması və s. mühüm bacarıqlara yiyələnirlər.

Bu cür təhsil proqramlarını alqışlayan CPC şirkətinin siyasətində şirkət əməkdaşlarının təhsil və təkmilləşmə sahəsində irəli sürdükləri təşəbbüslərə dəstək verilməsi nəzərdə tutulur. Çünki şirkət əməkdaşlarının müxtəlif sahələrdə bilik və bacarıqlarının artırılması həm şirkətin, həm də ölkənin gələcək inkişafına töhfə vermiş olacaqdır.

Qalereya