Valyuta məzənnəsi: $ 1.7 € 1.8205 ₽ 0.0184 ₺ 0.0522
AZ EN RU

Hadisələr

Bakıda müvəqqəti məskunlaşmış məcburi köçkün uşaqları üçün Novruz hədiyyəsi

29.03.2014

Ənənəvi olaraq CPC bu il də uşaqlar üçün Novruz hədiyyəsi hazırladı. CPC-nin təşəbbüsü və təşkilatçılığı sayəsində və “Tərrəqqi” Sosial İnkişaf İctimai Birliyi milli QHT-nin dəstəyi ilə Azərbaycan Dövlət Musiqili Komediya Teatrında 50 nəfər məcburi köçkün ailələrindən olan uşaqlar üçün “Yağış göbələyinin macarası” adlı tamaşasına biletlər alındı.

29 mart 2014-cü il tarixində “Tərrəqqi” Sosial İnkişaf İctimai Birliyinin Gender məsələləri üzrə koordinatoru Şərgiyyə Dadaşova, Caspian Pipe Coatings MMC-nin ümumi işlər üzrə mütəxəssisi Vusal Aslanov və inzibati işlər üzrə inspektoru Gülnarə İsmayılovanın iştirakı ilə Azərbaycan Dövlət Musiqili Komediya Teatrının vestibülündə tamaşa öncəsində tədbirə gəlmiş uşaqlar və valideynlər ilə görüş küçirilib, fotoşəkillər çəkilmişdir. Daha sonra, uşaqlar və valideynləri zala keçərək tamaşaya baxdılar.

Tamaşa bitdikdən sonra uşaqlar və valideynlər CPC və “Tərrəqqi” Sosial İnkişaf İctimai Birliyinin nümayəndələrinə uşaqların asudə vaxtının səmərəli keçirilməsi üçün təşkil edilmiş bu tədbirə görə öz dərin təşəkkürlərini bildirdilər, hər iki təşkilata fəaliyyətlərində müvəffəqiyyət arzuladılar.