Valyuta məzənnəsi: $ 1.7 € 1.8399 ₽ 0.0185 ₺ 0.0526
AZ EN RU

Hadisələr

CPC şirkətinin kollektivi, Qurban Bayramı ərəfəsində xeyriyyə tədbiri həyata keçirdi

22.09.2015

22 sentyabr 2015 tarixində CPC şirkətinin kollektivi, Qurban Bayramı ərəfəsində xeyriyyə tədbiri həyata keçirdi. Bu dəfə tədbirə maddi dəstək verilməsində, CPC-nin 200-dən çox əməkdaşı iştirak etdi.

CPC şirkətinin nümayəndələri Bakı şəhəri Sahil qəsəbəsində yerləşən Azərbaycan Respublikası "Müşviq" Əlil Uşaqlar Yardım İctimai Birliyi, Bərpa və Sosioloji Mərkəzinin rəhbəri ilə görüşdülər. Bu təşkilat 18 ildən artıq fəaliyyət göstərərək fiziki və əqli cəhətdən inkişafda anomaliyaları olan yüzlərlə uşaqlara və yeniyetmələrə yardım göstərir. Hal hazırda mərkəz 65 uşağın inkişafı üçün reabilitasiya xidməti göstərmə potensialına qadirdir. "Müşviq" mərkəzinin rəhbəri ilə görüşdən sonra mərkəzin bu gün etibarilə olan əsas ehtyacları aşkar edildi. CPC kollektivi tərəfindən 3 gün ərzində yığılan vəsait mərkəzin zəruri tələbatlarını qarşıladı. CPC şirkətinin nümayəndələri 2 gün ərzində mərkəzə yardım məqsədli və uşaqların inkişafı üçün əhəmiyyətli olan ləvazimatları (məişət texnikası, təsərrüfat malları, dəftərxana ləvazimatları, oyuncaqlar, qida məhsulları və.s ) aldılar. CPC nümayəndələrinin mərkəzə baş çəkərək orada inkişaf etdirilən əlil uşaqlarla səmimi görüşü zamanı, uşaqlar cütlüyü və kollektivi nail olduqları irəliləyiş və müvəffəqiyyəti əks etdirən, bir neçə kompozisiyadan ibarət səhnə nümayiş etdirdilər.

"Müşviq" Təşkilatının rəhbəri Validə Abbasova təşkilatın bütün işçiləri adından bu xeyriyyə tədbirində könüllü olaraq bütün səmimiyyətilə iştirak edən iştirakçılara öz dərin təşəkkürünü bildirdi.