Valyuta məzənnəsi: $ 1.7 € 1.8227 ₽ 0.0185 ₺ 0.0522
AZ EN RU

Hadisələr

“Caspian Pipe Coatings” 200 uşağın musiqili komediya teatrına tamaşasını təşkil etdi

19 - 21.06.2015

"Caspian Pipe Coatings" (CPC) MMC, cəmiyyətin ən zəif təbəqələri - uşaqlara, əlillərə və məcburi köçkünlərə kömək edərək öz xeyriyyə fəaliyyətini davam etdirir. Bu dəfə CPC maddi dəstək verərək 200 uşağın və valideynlərin 19-21 İyun 2015 tarixlərində keçirilən: "O olmasın, bu olsun" - Müəllifi Ü. Hacıbəyli, "Bankir adaxlı" - Müəlliflər E. Sabitoğlu / T. Vəliyeva, "Qırmızı Papaq" - Müəlliflər E. Sabitoğlu / Y. Şvarts, "Kimdir müqəssir" - Müəllif E. Haqverdiyev - 4 musiqili komediya teatr tamaşalarına gəlməsini təşkil etdi. Orta və yuxarı sinif yaşlarında olamaqla uşaqlar müəllimləri, tərbiyəçiləri və valideynləri ilə bu tədbirdə iştirak etdilər.
Minnətdarlıq əlaməti olaraq, Azərbaycan Əlillər Cəmiyyəti Yasamal və Xətai Rayon Təşkilatından, Xırdalan şəhərində yerləşən Laçın şəhər 1 N-li tam orta məktəbin Kollektivindən, "Duyğu" Sosial Reabilitasiya İctimai Birliyindən, Vətən Müharibəsi Veteranlar Birliyinin Səbail rayon Təşkilatından CPC şirkətinin rəhbərliyinə təşəkkür məktubları ünvanlanmışdır. Tədbirdə CPC adından İnzibati və Təsərrüfat işləri şöbəsinin əməkdaşları Gülnarə İsmayılova, Vüsal Aslanov və Şakir Ağabalayev iştirak edirdilər.

 

Qalereya