Valyuta məzənnəsi: $ 1.7 € 1.8516 ₽ 0.0178 ₺ 0.0496
AZ EN RU

Hadisələr

23-cü Azərbaycan Beynəlxalq “Xəzər Neft və Qaz” (“Caspian Oil and Gas 2016”) sərgi və konfransı keçirildi

01.06.2016

1 iyun tarixində Bakı Ekspo Mərkəzində Xəzəryanı regionda energetika sektorunun ən iri tədbiri - 23-cü Azərbaycan Beynəlxalq “Xəzər Neft və Qaz” (“Caspian Oil and Gas 2016”) sərgi və konfransı keçirildi. Artıq 23 ildir ki, bu sərgi və konfrans regionda neft-qaz sənayesinin əsas təmayüllərini müəyyən edir.

Sərginin rəsmi açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirak etməsi bu tədbirin yüksək statusunu daha da möhkəmləndirdi. Ənənəvi olaraq, tədbirin təntənəli açılış mərasiminə rəhbərlik edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Xəzər regionunda energetika sektoru üzrə ən böyük tədbirin iştirakçı, qonaq və təşkilatçılarını təbrik etdi. Ölkə başçısı sərgi və konfransın açılış mərasimində çıxış edərək neft-qaz hasilatı sənayesi, XXI əsrin müasir müqavilələri, habelə reallaşdırılmış dünya miqyaslı sənaye layihələrinin əhəmiyyətini vurğuladı və Beynəlxalq “Caspian Oil and Gas” sərgisinin təşkilatçılarına bu istiqamətdə tükənməz əmək sərf etdiklərinə və sərgi layihəsini daim yaxşılaşdırmağa çalışdıqlarına görə təşəkkür etdi. Sərgi üzrə təşkil olunan və Prezident İlham Əliyevin başçılıq etdiyi “VIP”-tur çərçivəsində, ölkə başçısı müxtəlif ölkələrin milli stendlərini ziyarət etdi.

Bu il sərgidə dünyanın 30 ölkəsini təmsil edən 240-dan çox şirkət iştirak edirdi və bu şirkətlərin 80%-i dünya miqyasında tanınan şirkətlərdir. 4 gün davam edən sərgidə Almaniya, Belçika, Çin, İspaniya, İtaliya, Qazaxıstan, Niderland Krallığı, Polşa və digər ölkələrin şirkətləri iştirak edirdilər. Azərbaycanda keçirilən sərgidə öz novbəsində Çexiya və İtaliyanın milli pavilyonu artıq ikinci dəfə təqdim olunurdu. Sərgidə yeni iştirakçılar qismində Böyük Britaniya, Portuqaliya, Rumıniya, ABŞ və s. ölkələrin şirkətləri çıxış edirdi.

Bu sərgidə "Caspian Pipe Coatings" (CPC) MMC Bakı Expo-nun 1-ci Zalında yerləşən yeni görünüşlü sərgi stendi təqdim etdi. Sərgi stendi müəssisənin imkanları və potensialını əyani şəkildə nümayiş etdirirdi. Bu sərgi üçün xüsusi hazırlanmış korporativ video çarx şirkətin tarixini, göstərilən xidmətlərin əsas növlərini və şirkətin 14 il ərzində əldə etdiyi nailiyyətlərini və uğurlarını əks etdirirdi.

Ənənəvi olaraq CPC-nin sərgidə iştirakının səmərəliyinin artırılması məqsədilə müəssisənin bir çox departamenlərinin əməkdaşları sərgiyə cəlb olunmuşdular. Sərginin davam etdiyi 4 gün ərzində CPC-nin stendinə bir sıra xarici və yerli şirkətlərin nümayəndələri və sərgi ziyarətçiləri yaxınlaşmış və müəssisənin əsas fəaliyyət göstərdiyi sahələr haqqında dolğun məlumat almışdırlar.

2 iyun tarixində “JW Marriott Absheron Baku” otelində “Caspian Oil&Gas 2016” beynəlxalq konfransının açılış mərasimi keçirilmişdir. Beynəlxalq konfransneft-qaz sahəsinin aktual mövzularının müzakirəsi üçün ənənəvi meydançadır. Aparıcı şirkətlərin rəhbər menecerlərini, habelə sahə nazirliklərinin nümayəndələrini və nüfuzlu ixtisas ekspertlərini vahid müzakirə meydançasında bir araya gətirən neft-qaz forumu bu sənaye sahəsinin inkişafı üzrə aktual məsələlər haqqında fikir mübadiləsi üçün imkan yaradır.

Bu il keçirilən konfransda dünyanın 30-dan çox ölkəsindən 400 nəfərə yaxın nümayəndə iştirak edirdi. Dünyanın müxtəlif ölkələrindən 40 nəfərdən çox natiq, o cümlədən aparıcı ekspertlər, dövlət strukturlarının nümayəndələri, iri neft-qaz şirkətlərinin rəhbərləri aşağı neft qiymətləri şəraitində enerji daşıyıcılarının hasilatı, idarə olunması və nəqli üzrə əsas məsələlər xüsusunda məruzələrlə çıxış etdilər.

Konfransda “Caspian Pipe Coatings” (CPC) MMC-ni müəssisənin Direktoru Azər N.İsayev, Direktor müavini Rasim Mustafayev, Maliyyə və mühasibatlıq şöbəsinin meneceri Anar Məmmədov və Təçhizat üzrə koordinator Elxan Cəfərov təmsil etmişdir.

 


 

Qalereya