Valyuta məzənnəsi: $ 1.7 € 1.8399 ₽ 0.0185 ₺ 0.0526
AZ EN RU

Hadisələr

2018-2019 CPC-də icra edilmiş layihələr

28.10.2019

1. CPC Plant Upgrade & MLPP Qualification Layihəsi

Status: Layihə çərçivəsində yeni avadanlıqların alınaraq CPC-də quraşdırılması işləri uğurla tamamlanmışdır. CPC Zavodunun MLPP örtükləmə texnologiyası üzrə ixtisaslaşdırılması prosesinin tətbiq edilmə müddəti BOS Shelf / Saipem / Star Gulf Konsorsiumu ilə razılaşdırılma mərhələsindədir.

2. BakuBus CNG (Compressed Natural Gas) Station Layihəsi
Status: Azpetrol şirkətinin sifarişi ilə BakuBus CNG Gas Station Layihəsi çərçivəsində kiçik miqyaslı 3LPP örtükləmə istehsal prosesi müvəffəqiyyətlə yekunlaşıbdır.

3. CGLP (Conventional Gas Lift Project) Layihəsi - BP
Status: CGLP Layihəsi çərçivəsində aparılan məhsuldar danışıqlar nəticəsində boruların qəbulu üzrə iş həcmi uğurla həyata keçirilmişdir və hazırda ümumi uzunluğu 13241 metr olan boruların 3LPE (3 qat korroziya əleyhinə örtüklənməsi) istehsal prosesinin həyata keçirilməsinə dair Əsas Müqavilənin imzalanması prosesi cari həftənin sonunadək yekunlaşacaqdır. Layihənin müddəti 2020-ci ilin fevral ayınadək nəzərdə tutulmuşdur.

4. ACE (Azeri Central East) Layihəsi - BP
Status: ACE Layihəsi çərçivəsində ümumi uzunluğu 18319 metr olan 16", 18", 22" and 30" parametrli boruların 3LPE (3 qat korroziya əleyhinə izolyasiyası) və betonla örtüklənməsi iş həcminin icrası ilə bağlı aparılan danışıqlar yekun mərhələdədir və növbəti 2 həftə ərzində tamamlanaraq ACE Layihəsinin icrasına dair Əsas Müqavilənin imzalanması gözlənilir. Layihə müddətinin təqribən 6 ay davam edəcəyi nəzərdə tutulur.