Valyuta məzənnəsi: $ 1.7 € 1.832 ₽ 0.0184 ₺ 0.0524
AZ EN RU

Hadisələr

CPC zavodunun təkmilləşdirilməsi və yenidənqurma işləri

23.10.2019

TOTAL/SOCAR, SAIPEM və BOS Shelf MMC (BOS Shelf) şirkətlərinin sorğusuna əsasən "Caspian Pipe Coatings" MMC Xəzərin dənizinin dərin sulu hissəsində yerləşən perspektiv yataqların işlənməsi və “Abşeron” Layihəsinin növbəti fazasının icrası üçün tələb olunan Termal örtükləmə texnologiyasının quraşdırılması və yeni texnologiyanın tətbiqi ilə CPC zavodunun ixtisaslaşdırılması məqsədilə BOS-Shelf, BAUHUIS və SCNBV şirkətləri ilə bağlanmış müqavilələrə uyğun olaraq yeni texnologiyanın alınması və montaj edilməsi işlərini uğurla həyata keçirmişdir.

CPC-nin Boru İzolyasiya sexində yeni texnologiyanın quraşdırılmasının nəticəsi olaraq çoxqatlı polipropilen (MLPP-çoxqatlı Polipropilen örtüyü aşağı istilik keçiriciliyi əmsalına görə dərin sularda yerləşən borular üçün termal örtük kimi istifadə edilir) örtüyünün vurulması üzrə sınaq işlərinə cari ilin avqust ayından başlanmışdır. CPC-nin peşəkar kollektivi tərəfindən tələblərə uyğun sazlama və sınaq işlərinin nəticəsi olaraq, istehsal prosesindən öncə CPC-nin Boru izolyasiya sexinin Termal örtükləmə texnologiyası üzərindən ixtisaslaşdırılmasının İstehsalat Öncəsi Təsdiqləmə prosesi uğurla həyata keçirilərək yeni texnologiya ilə örtüklənən MLPP borular sınaq üçün Keyfiyyətə Nəzarət şöbəsinə təhvil verilmişdir. Termal örtükləmə üzrə CPC zavodunun ixtisaslaşdırılması prosesi TOTAL/SOCAR, SAIPEM və BOS Shelf şirkətlərinin əlaqədar mütəxəssislərinin iştirakı ilə yaxın gələcəkdə icra ediləcəkdir.