Valyuta məzənnəsi: $ 1.7 € 1.8109 ₽ 0.0182 ₺ 0.0521
AZ EN RU

Hadisələr

CPC-də həyata keçirilən “Abşeron EPS” Layihəsi çərçivəsində nümunəvi işçilər müəyyən edildi

06.03.2019

Rəhimov Zamin Ağasəf oğlu CPC-nin həyata keçirdiyi Abşeron EPS Layihəsinin icrasına 17 dekabr 2018-ci il tarixindən qoşulmuşdur.

Bundan əvvəl, o, həmçinin CPC-nin icra etdiyi Şah Dəniz - 2 Layihəsində də Boru İzolyasiyası sexinin operator köməkçisi kimi çalışmışdır. Özünün müsbət xüsusiyyətləri və bacarığı ilə seçilən Zamin Rəhimov yenidən CPC-də işə dəvət edilmişdir.

O, təcrübəli işçi olmaqq, habelə peşəkarlığı ilə seçilərək birbaşa rəhbəri tərəfindən istehsalat həftəsinin lideri seçilmişdir.

Əfəndiyev Mollayusif Həsənəfəndi oğlu CPC-nin həyata keçirdiyi son 2 Layihədə iştirak etmiş, Forklift operatoru qismində fəaliyyət göstərmişdir.

Təcrübəli sürücü olmaqla yanaşı, Mollayusif texniki təhlükəsizlik və əməyin mühafizəsi qaydalarına riayət etməklə işini yüksək peşəkarlıqla yerinə yetirir.

O, birbaşa rəhbəri tərəfindən istehsalat həftəsinin lideri seçilmişdir.

Qalereya