Valyuta məzənnəsi: $ 1.7 € 1.8399 ₽ 0.0185 ₺ 0.0526
AZ EN RU

Hadisələr

CPC-də həyata keçirilən “Abşeron EPS” Layihəsi çərçivəsində nümunəvi işçilər müəyyən edildi

28.02.2019

İsayev Elşən Fitat oğlu - Boru İzolyasiya sexinin operatoru

İsayev Elşən Fitat oğlu 01 noyabr 2018-ci il tarixindən etibarən Caspian Pipe Coatings MMC-də həyata keçirilən “Abşeron EPS” Layihəsinin icrasına cəlb olunmuşdur.

O, təcrübəli operator kimi bundan əvvəl CPC-nin həyata keçirdiyi iri miqyaslı “Şahdəniz 2” Layihəsinin icrasında da iştirak etmiş, özünün müsbət keyfiyyətləri ilə seçilmişdir.

Zavodda aparılan əməliyyatların icrası zamanı birbaşa rəhbəri tərəfindən Elşən İsayev ay ərzində nümunəvi işçi kimi fərqlənmişdir.

Əlizadə Ceyhun Ağacamal oğlu – Bəndləyici

Əlizadə Ceyhun Ağacamal oğlu 17 dekabr 2018-ci il tarixindən etibarən Caspian Pipe Coatings MMC-də həyata keçirilən “Abşeron EPS” Layihəsinin icrasına Bəndləyici kimi cəlb edilmişdir.

Ceyhun daha öncə təcrübəli takelajçı (Rigger) qismində “Şahdəniz 2” Layihəsinin icrası zamanı bütün yükqaldırma əməliyyatlarında iştirak etmiş, Layihənin başa çatması ilə əlaqədar işdən azad edilmişdir. Təcrübəli və peşəkar işçi olduğunu nəzərə alaraq yenidən Layihəyə dəvət edilmişdir.

Zavodda aparılan yükqaldırma əməliyyatlarının icrası zamanı birbaşa rəhbəri tərəfindən Ceyhun Əlizadə ay ərzində nümunəvi işçi kimi fərqlənmişdir.

Qalereya