Valyuta məzənnəsi: $ 1.7 € 1.8055 ₽ 0.018 ₺ 0.0522
AZ EN RU

Hadisələr

Zəhmətkeş həmkarımızın yubileyi

12.08.2021

12 avqust 2021-ci il tarixində CPC şirkətinin ən qocaman əməkdaşlarından biri olan hörmətli İdris Hacıyevin 70 illik yubileyi ilə əlaqədar tədbir keçirilmişdir. Tədbirdə ilk olaraq CPC-nin Direktoru Azər N. İsayev açılış nitqi ilə çıxış edərək İdris Hacıyevi 70 illik yubileyi münasibətilə təbrik etdi, daha sonra şirkət rəhbərliyinin təbrik məktubu oxundu və yubilyara xatirə hədiyyəsi təqdim olundu. Tədbirin davamında direktor müavinləri və menecerlər də təbrik nitqi ilə çıxış etdilər. Sonda çıxış edən yubilyar şirkət rəhbərliyinə, tədbir iştirakçılarına və bütün əməkdaşlara öz minnətdarlığını bildirdi. Tədbirin sonunda İdris müəllim CPC kollektivi ilə birgə xatirə şəkli çəkdirdi.

İdris Hüseyn oğlu Hacıyev 1951-ci ildə Füzuli rayonu, Pirəhmədli kəndində anadan olmuşdur. O, 1968-ci ildə Füzuli rayonunun Əhmədalılar kənd məktəbində laborant vəzifəsində əmək fəaliyyətinə başlamışdır. 1982-ci ildə Azərbaycan Neft və Kimya İnstitutunun Avtomatika fakültəsinin “Məlumat ölçü texnikası” üzrə ali təhsilini başa vuran İdris Hüseyn oğlu Hacıyev 1975-1997-ci illərdə Azərbaycan Respublikası Material Ehtiyatları Nazirliyinin nəzdində fəaliyyət göstərən indiki “Azərelektrik” və “Azərmaşavadanlıq” idarələrində bir sıra məsul vəzifələrdə və idarə rəisi vəzifəsində çalışmışdır.           
2003-cü ildən etibarən bu günədək “Caspian Pipe Coatings” MMC-də (keçmiş “EUPEC Pipe Coatings Azerbaijan” Ltd.) Kommunal, kommunikasiya və bərpa işləri üzrə koordinator vəzifəsinə çalışmış, 2018-ci ildən etibarən Təsərrüfat işləri üzrə menecer vəzifəsində çalışır. CPC-də işlədiyi dövr ərzində İdris müəllim təcrübəli, qayğıkeş və təşkilatçı insan kimi kollektivin rəğbətini qazanmışdır.
CPC-də icra olunmuş bütün layihələrdə İdris müəllimin böyük rolu olmuş və O, CPC-yə bu layihələrin icrasında öz yüksək töhfəsini vermişdir. Əminik ki, gələcək layihələrdə də İdris müəllimin çoxillik təcrübəsindən və peşəkarlığından istifadə edəcəyik.

Qalereya