Valyuta məzənnəsi: $ 1.7 € 1.8082 ₽ 0.0181 ₺ 0.0522
AZ EN RU

Hadisələr

"Qadın ətirli tanqo" konsert proqramı

06.03.2022

06 mart 2022-ci il tarixində Beynəlxalq Muğam Mərkəzində “Caspian Pipe Coatings MMC”-nin (CPC) sponsorluğu ilə Fidan Hacıyeva Vokal Musiqi Məktəbinin "Qadın ətirli tanqo" konsert proqramı baş tutmuşdur. Tədbir zalında 8 Mart Qadınlar gününə həsr olunmuş klassik musiqi gecəsi konsert iştirakçıları tərəfindən yüksək əhval-ruhiyyə ilə qarşılandı. Gecənin əsas ifaçıları Azərbaycan Respublikasının xalq artisti Fidan Hacıyeva və onun qadınlardan ibarət “MEZZO” adlı kamera orkestrı idi. Konsertin proqramında ölməz sənətkarlarımızın seçmə əsərləri ilə yanaşı, dünya klassiklərinin məşhur bəstələri də yer alırdı. Səhnədə Fidan Hacıyeva ilə bərabər Fidan xanımın musiqi məktəbinin tələbələri də çıxış etdilər. Zərif və incə mühitdə keçən tədbirdə "MEZZO" orkestrinin həzin ifası gecəyə ayrı bir gözəllik və qeyri-adi ovqat qatdı. Çıxışların hər biri dinləyicilər tərəfindən gurultulu alqışlarla qarşılandı. Konsert yüksək əhval-ruhiyyə ilə sona çatdı.

Qalereya