Valyuta məzənnəsi: $ 1.7 € 1.8205 ₽ 0.0184 ₺ 0.0522
AZ EN RU

Hadisələr

28-ci Beynəlxalq Xəzər Neft və Qaz & 11-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi

03.06.2023

31 may-2 iyun tarixlərində Bakı Ekspo Mərkəzində 300-dən çox şirkətin iştirakı ilə keçirilən 28-ci Beynəlxalq Xəzər Neft və Qaz & 11-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi baş tutmuşdur.

Hər il olduğu kimi, bu il də "Caspian Pipe Coatings" MMC (CPC) şirkətinin rəhbər heyəti və əməkdaşları sərgidə fəal iştirak ediblər.

Boru örtüklənməsi və izolyasiyası sahəsində Xəzər regionunda yeganə yerli müəssisə olan CPC-nin Bakı Enerji Həftəsi və sərgidən əsas gözləntiləri müxtəlif beynəlxalq və yerli şirkətlərlə işgüzar əlaqələr yaratmaq, satış bazarının miqyasını genişləndirmək, etibarlı tərəfdaşlar əldə etməkdir.

Hazırda müəssisənin uğurla icrasını davam etdirdiyi "1BCMA" layihəsi üzrə əsas sifarişçi şirkət olan "NCOC" (North Caspian Operating Company) şirkətinin əməkdaşları ilə birgə sərgini ziyarət edən Direktorun müavini- Baş mühəndis Təbriz Cəbrayılov xarici tərəfdaşlarla əməkdaşlığın daha da inkişaf etdirilməsi, yeni layihələrin müzakirəsi və digər aktual mövzular ətrafında müxtəlif diskussiyalar aparıb.

Qalereya