Valyuta məzənnəsi: $ 1.7 € 1.8227 ₽ 0.0185 ₺ 0.0522
AZ EN RU

Hadisələr

1 İyun-Beynəlxalq Uşaqların Müdafiə Günü

01.06.2012

60 ildir ki, dünyada 1 iyun Uşaqların Beynəlxalq Müdafiə Günü kimi qeyd olunur. 1950-ci il iyunun 1-də BMT Baş Assembleyasının təşkilatçılığı ilə keçirilən “Qadınların Beynalxalq Konrusı”-nda uşaqların hüquqlarının təmin edilməsi ilə bağlı bir sıra fikirlər səsələnmişdir və 1 İyun tarixini Uşaqların Beynəlxalq Müdafiə Günü kimi qeyd etməyə qərara alınmışdır. O vaxtdan hər il iyun ayının 1-ci günü Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi qeyd olunmağa başlanmışdır. Bütün demokratik dövlətlərdə olduğu kimi, Azərbaycan Respublikasında uşaqların hüquqlarının qorunması çox böyük önəm verilir.

“Caspian Pipe Coatings” şirkəti də bu ümumdünya hərəkata qoşulmaq məqsədi ilə iyun ayının 1-də tədbir təşkil etmişdir. Tədbirin əsas məqsədi CPC əməkdaşlarının uşaqlarını şirkətə dəvət etmək , onları bayram münasibətilə təbrik etmək, valideynlərinin iş yerləri ilə uşaqları tanış etməkdən ibarət idi. Tədbir ərzində uşaqlar üçün zavod ərazisində ekskursiya təşkil olunmuşdur. Ekskursiya zamanı İstehsalat üzrə koordinator İlham Zeynalov uşaqları zavod ilə tanış etmişdir. Daha sonra uşaqlar valideynlərinin iş yerləri ilə tanış olmuşdur.

Zavod ərazisində tədbir bitdikdən sonra uşaqların CPC-nin əsas ofis binasında onlar üçün təşkil olunmuş şənlikdə iştirak etmişdirlər.Şənlik zamanı CPC-nin Direktoru Azər N. İsayev uşaqları təbrik etdi və onlar ilə birgə foto şəkil çəkdirdi. Tədbirin sonunda uşaqlara hədiyyələr təqdim olundu.