Valyuta məzənnəsi: $ 1.7 € 1.8227 ₽ 0.0185 ₺ 0.0522
AZ EN RU

Hadisələr

Aparıcı mühasib/ Xəzinədar, Orxan Bayramovun peşəkar fəaliyyətinin 15 illik yubileyi

07.08.2023

Bugün hörmətli həmkarımız, müəssisəmizin Aparıcı mühasib/ Xəzinədarı, Orxan Bayramovun CPC-dəki peşəkar fəaliyyətinin 15 illik yubileyidir. O, 2018-ci ildən etibarən CPC-də Aparıcı mühasib/ Xəzinədar vəzifəsi üzrə çalışır.
Orxan, Azərbaycan Dövlət İqtisad Universitetində Maliyyə-Kredit ixtisası üzrə həm bakalavr, həm də magistr təhsili alıb, maliyyə üzrə bir sıra təlimlərdə, eləcə də ACCA təlimində iştirak edərək, sertifikatlarla təltif olunub.
CPC-də işlədiyi ötən 15 il ərzində dəfələrlə səriştə və peşəkarlılığna görə Rəhbərlik tərəfindən "Təşəkkür Məktubları" ilə mükafatlandırılıb.
Orxanı, peşəkar fəaliyyətinin 15 illik yubileyi münasibəti ilə təbrik edir, komandamızın ayrılmaz bir üzvü olaraq görməkdən məmnunluğumuzu bildirir və çox məsuliyyətli fəaliyyətində yeni-yeni uğur və nailiyyətlər arzu edirik!

Qalereya