Valyuta məzənnəsi: $ 1.7 € 1.8227 ₽ 0.0185 ₺ 0.0522
AZ EN RU

Hadisələr

"1BCMA" Layihəsi çərçivəsində sonuncu örtüklənmiş borunun vaqona yüklənərək, Qazaxıstan Respublikasına yola salınması mərhələsi

08.08.2023

08 avqust 2023-cü il tarixində, ötən ilin dekabrından CPC tərəfindən icrasına başlanılmış və uğurla davam edən "1BCMA" Layihəsi çərçivəsində sonuncu örtüklənmiş borunun vaqona yüklənərək, Qazaxıstan Respublikasına yola salınması ilə bağlı tədbir keçirildi. 
Tədbirdə CPC şirkətinin rəhbər heyəti, istehsalatda çalışan əməkdaşlar, layihənin əsas sifarişçisi olan Qazaxıstan Respublikasının "North Caspian Operating Company" (NCOC) şirkəti və müştəri şirkət olan "Kazakhstan Caspian Offshore Industries" (KCOI) şirkətinin nümayəndələri iştirak etdilər. 
CPC-nin Direktoru Azər N. İsayev, beynəlxalq layihənin yüksək peşəkarlıq və uğurla başa çatması münasibətlə tərəfdaş şirkətlərin mümayəndələrini və əməyi keçən hər kəsi təbrik edərək, bu beynəlxalq uğurun CPC komandasının hər bir üzvünün kollektiv səylərinin, fədakarlığının və sarsılmaz əməyinin birgə nəticəsi olduğunu vurğuladı. 
NCOC və KCOI şirkətinin nümayəndələri bütün CPC kollektivinə layihə müddətində göstərdikləri əzm və peşakarlıq üçün təşəkkürlərini bildirərək, bu beynəlxalq layihənin Azərbaycan və Qazaxıstan arasındakı uğurlu işğuzar əlaqələrin bariz nümunəsi olduğunu qeyd etdilər.
"1BCMA" layihəsinin yüksək peşəkarlıq və təhlükəsiz formada uğurla icrası çərçivəsində CPC-nin Direktoru Azər N. İsayevə NCOC şirkətinin rəhbərliyi tərəfindən "Təşəkkür Sertifikatı" təqdim olundu. 

Qalereya