Valyuta məzənnəsi: $ 1.7 € 1.8227 ₽ 0.0185 ₺ 0.0522
AZ EN RU

Hadisələr

Baş mühəndisin müavini, Pərviz Babayevin CPC-dəki peşəkar fəaliyyətinin 20 illik yubileyi

13.09.2023

Zəhmətkeş və dəyərli həmkarımız, Baş mühəndisin müavini, Pərviz Babayevin CPC-dəki peşəkar fəaliyyətinin 20 ili tamam olur. Pərviz Babayev, 2003-cü ildən CPC-də müxtəlif vəzifələrdə çalışıb, 2022-ci ilin oktyabr ayından etibarən isə, Baş mühəndisin müavini vəzifəsində çalışır.
O, İngiltərinin bir neçə nüfuzlu təşkilatları tərəfindən keçirilən təlimlərdə fəal iştirak edərək, "İCORR PLCİ Level 2" və "Welding Inspector 3.1", "ABŞ - NACE Beynəlxalq Assosiasiyası" tərəfindən "NACE CİP 1, 2 və 3" sertifikatları qazanıb. Eyni zamanda, CPC-də çalışdığı ötən illər ərzində nümunəvi xidmətlərinə görə müəssisə rəhbərliyi tərəfindən "Təşəkkürnamə" və 2022-ci ildə SOCAR tərəfindən "Fəxri Fərman"-la təltif olunub.
Pərvizi, 20 illik yubileyi münasibəti ilə CPC kollektivi adından təbrik edir, peşə fəaliyyəti və yaradıcılığında yeni-yeni və davamlı uğurlar arzu edir, müəssisəmizə verdiyi əvəzolunmaz töhfələrinə görə dərin minnətdarlığımızı çatdırırıq. Əminik ki, ötən 20 il ərzində göstərdiyi əzmkarlıq, fəaliyyətinin verdiyi qürur və fəxarət hissi onu daha böyük, uğurlara və yeni yubileylərə daşıyacaqdır.

Qalereya