Valyuta məzənnəsi: $ 1.7 € 1.832 ₽ 0.0184 ₺ 0.0524
AZ EN RU

Hadisələr

Zəhmətkeş işçinin yubileyi

12.08.2011

12 avqust 2011-ci il tarixində CPC şirkətinin ən qocaman əməkdaşı olan hörmətli İdris Hacıyevin 60 illik yubileyi ilə əlaqədar tədbir keçirilmişdir. Tədbirdə ilk əvvəl olaraq şirkət rəhbərliyinin təbrik məktubu oxundu və yubilyara  hədiyyə təqdim olundu.
 
Tədbirdə şirkətin bir sıra əməkdaşları təbrik nitqi ilə çıxış etdilər. Sonda çıxış edən yubilyar öz minnətdarlığını bildirdi.

İdris Hüseyn oğlu Hacıyev 1951-ci ildə Füzuli rayonu, Pirəhmədli kəndində anadan olmuşdur.
O, 1968-ci ildə Füzuli rayonunun Əhmədalılar kənd məktəbində laborant vəzifəsində əmək fəaliyyətinə başlamışdır. Sonralar Azərbaycan Respublikasının Material Ehtiyatları Nazirliyinin nəzdində olan “Azərelektrik” və sonradan “Azərmaşavadanlıq” idarələrində bir sıra məsul vəzifələrdə çalışmışdır. 2003-cü ildən etibarən bu günədək “Caspian Pipe Coatings” MMC-də (keçmiş “EUPEC Pipe Coatings Azerbaijan” Ltd.) Kommunal, kommunikasiya və bərpa işləri üzrə koordinator vəzifəsində çalışır. CPC-də işlədiyi dövr ərzində İdris müəllim təcrübəli, qayğıkeş və təşkilatçı insan kimi kollektivin hörmətini qazanmışdır.

Ümid edirik ki, gələcək layihələrdə də  İdris müəllimin praktiki təcrübəsi və peşəkarlığından istifadə edəcəyik.