Valyuta məzənnəsi: $ 1.7 € 1.8043 ₽ 0.0181 ₺ 0.0524
AZ EN RU

Hadisələr

Neftçilər Günü

20.09.2012

20 Sentyabr-Neftçilər Günü münasibətilə Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayevin əmri ilə Şirkətin xarici tərəfdaşlarla birgə təşkil etdiyi əməliyyat şirkətlərində və alyanslarda calışan neftcilərə Fəxri fərmanlar təqdim olunmuşdur.

“Caspian Pipe Coatings” şirkətindən neft və qaz sənayesinin inkişafında xüsusi xidmətlərinə görə Korroziyaya qarşı izolyasiya sexinin koordinatoru  Xudayar Allahverdiyev və Boru betonlama sexinin nəzarətçisi Elşən Məmmədov bu fəxri ada layiq görülmüşlər.

Tədbirdə “Caspian Pipe Coatings” şirkətinin Direktoru Azər N. İsayev fəxri ada layiq görülmüş işçiləri təbrik etdi və onlara gələcək fəaliyyətlərində uğurlar arzuladı.
Tədbirin sonunda “İCORR” Beynəlxalq İnstitutunun Boru kəmərlərinin örtüyünün yoxlanılması kursunu  müvəffəqiyyətlə başa vurmuş və imtahanların nəticələrinə əsasən ikinci dərəcəli  boru örtükləmə üzrə inspektor adına layiq görülmüş aşağıdakı işçilər sertifikatla təltif olunmuşlar:
 

Reymond Da Kosta- KZ/KN üzrə menecer

Etibar Yaqubov- Bİ/KN laboratoriyasının nəzarətçisi

Eldar Nəbiyev- KZ/KN üzrə menecerinin köməkçisi

Zülfüqar Hüseynov-KN üzrə inspektor

Malik Əzizov- KN üzrə inspektor

Samir Abdullayev- KN üzrə inspektor

Mehman Tağıyev- KN üzrə inspektor

Nail Əhmədov- KN üzrə inspektor

Tural Vəliyev- KN üzrə inspektor (BP/ABƏŞ)