Valyuta məzənnəsi: $ 1.7 € 1.8399 ₽ 0.0185 ₺ 0.0526
AZ EN RU

Hadisələr

Əmək fəaliyyətinin ildönümü

08.11.2012

“Caspian Pipe Coatings”(CPC) MMC-də qocaman əməkdaşları Bərxudar Məmmədxanovun və  Vasif Qaziyevin 10 illik əmək fəaliyyəti ilə bağlı tədbir keçirilmişdir. Tədbirdə çıxış edən CPC-nin Direktoru Azər N. İsayev hər iki əməkdaşa uzun ömr can sağlığı və işlərində müvəfəqiyyətlər arzulamışdır.Həmçinin Direktor qeyd etmişdir ki,   Bərxudar Məmmədxanovu və  Vasif Qaziyev 01 noyabr 2002-ci ildə CPC yeni yaradılarkən işə qəbul olunmuşdurlar və şirkətin ilk işçiləri olmuşdurlar. Keçən 10 il ərzində hər iki əməkdaş özlərini təcrübəli və  peşəkar mütəxəssislər kimi göstərmişdirlər. Hər iki əməkdaş CPC-də fəaliyyətləri dövrü ərzində SƏTƏMM qaydalarına ciddi riayət edən və həmişə öz təcrübələri  ilə cavan mütəxəssislər bölüşməyə hazır olan mütəxəssislər kimi qeyd olunmuşdurlar. 

Məmmədxanov Bərxudar  Riza oğlu-  əmək fəaliyyətinə 1966-cı ildən başlamışdır. Bir sıra müəssisələrdə qurğular üzrə mütəxəssis və elektrik kimi fəaliyyət göstərmişdir.  01 noyabr  2002-ci il tarixindən “Caspian Pipe Coatings” MMC-də Elektrik vəzifəsində çalışır. CPC-də icra olunan bütün layihələrdə iştirak etmişdir. CPC-nin Menecerləri arasında keçirilən sorğu nəticəsində 2011-ci ilin noyabr  ayı üzrə  “Ayın İşçisi” adına layiq görülmüşdür.    

Vasif Qaziyev Osman oğlu- əmək fəaliyyətinə 1986-cı ildən başlamışdır. Bir sıra müəssisələrdə elektrik və mühəndis vəzifələrində çalışmışdır. 01 noyabr  2002-ci il tarixindən “Caspian Pipe Coatings” MMC-də Elektrik vəzifəsində çalışır. CPC-də icra olunan bütün layihələrdə iştirak etmişdir.

Qalereya