Valyuta məzənnəsi: $ 1.7 € 1.8399 ₽ 0.0185 ₺ 0.0526
AZ EN RU

Hadisələr

Heydər Əliyev - 90. Çağdaş Azərbaycanın memarı

25.04.2013

“Caspian Pipe Coatings” şirkətində ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş xatirə tədbiri keçirilmişdi.

25 aprel 2013-cü il tarixində, “Caspian Pipe Coatings” (CPC) MMC-də Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş xatirə tədbiri keçirilmişdi. Tədbirin əsas məqsədi ümummilli liderin əziz xatirəsini yad etmək və eyni zamanda onun keçdiyi şərəfli yol haqqında əməkdaşlara məlumat vermək olmuşdu.

Tədbirdə CPC-nin Direktoru Azər N. İsayev, Azərbaycan Uşaq Fondunun sədri əmək və müharibə qəhrəmanı akademik İsmayıl İbrahimov, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sərmayələr İdarəsinin rəis müavini, “Caspian Pipe Coatings” şirkətinin İdarə Heyətinin sədri İlham Nəsirov, ARDNŞ-in Sərmayələr İdarəsinin Birgə müəssisələr və alyanslar şöbəsinin rəisi Mehman Orucəliyev, “Ekspress” qəzetinin baş redaktoru Qəzənfər Bayramov və müəssisənin kollektivi iştirak etmişdir.
 
Tədbiri giriş sözü ilə açan “Caspian Pipe Coatings” MMC -in Direktoru Azər N. İsayev bildirdi ki, ulu öndər Heydər Əliyevin 90 illik yubileyi ölkəmizin hər bir guşəsində, idarə və müəssisələrdə fəxrlə qeyd olunur. “Bu tarixi şəxsiyyətin fəaliyyətinin hər bir səhifəsi 40-50 illik Azərbaycan tarixinin mərhələləri ilə üst-üstə düşür, müstəqil Azərbaycan dövlətinin hər bir atributu Heydər Əliyevin adı ilə, onun yorulmaz fəaliyyəti ilə bağlıdır”. Həmçinin Direktor bildirmişdir ki, ümummilli liderin əsəri olan Neft strategiyasının uğurla həyata keçirilməsi, Azərbaycan iqtisadi qüdrətini artırmaqla və ölkəmizin beynəlxalq aləmdə yerini və rolunu möhkəmləndirməklə bərabər, həmçinin dövlətimizin neft sənayesinin inkişafına əvəzsiz təkan vermişdir. Prezident İlham Əliyevin, ulu öndərin siyasi kursunu uğurla davam etdirdiyini vurğulayan A. İsayev, daha sonra şirkətin son 10 ildə qazandığı uğurlardan bəhs etdi.
 
Azərbaycan Uşaq Fondunun sədri akademik İsmayıl İbrahimov Heydər Əliyevin xalq və dövlət üçün müstəsna xidmətlərindən bəhs edərək ulu öndərin yüksək insani keyfiyyətlərindən söz açaraq, Heydər Əliyevlə bağlı xatirələri ilə bölüşdü. İ. İbrahimov Heydər Əliyevin uşaqlara qarşı həmişə qayğıkeş və diqqətli olmasını vurğuladı. Akademik İsmayıl İbrahimov, o zaman, Azərbaycan Uşaq Fondunun yaradılmasında ulu öndərin müdrik və uzaqgörən göstərişləri sayəsində və Fondunun yaradılması ilə bağlı işlərin icrası zamanı və sonrakı fəaliyyəti zamanı göstərdiyi qayğı sayəsində, Azərbaycan Uşaq Fondu tərəfindən əldə edilmiş uğurlar haqqında söz açdı. “Ümummilli lider tərəfindən xalqımızın gələcəyi olan – uşaqlara - böyük qayğı və məhəbbətinin bariz nümunələrindən biri - Azərbaycan Uşaq Fondunun yaradılması oldu” deyən akademik İsmayıl İbrahimov əlavə etdi: “Heydər Əliyev həyatımın qızıl səhifəsinə yazılmış şəxsiyyətdir”.

Dövlət Neft Şirkətinin Sərmayələr İdarəsinin rəis müavini, "Caspian Pipe Coatings" MMC-in İdarə Heyətinin sədri İlham Nəsirov, ulu öndər Heydər Əliyevin xalqımız qarşısında misilsiz xidmətlərindən, ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edən Milli Dövlətçilik ideologiyasının müəllifi olmasından, tarixi xilaskarlıq missiyasından, yalnız hüququn aliliyinə və demokratiyaya əsaslanan idarəetmə sistemi yaratmasından söhbət açdı.

Ulu öndərin neft-kimya sənayesinə göstərdiyi diqqət və qayğıdan danışan İ.Nəsirov dahi şəxsiyyətin uzaqgörən və müdrik siyasəti nəticəsində 1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi”-nın imzalanması ilə Azərbaycanın iqtisadi cəhətdən qüdrətləndyini, dünya miqyasında nüfuzunun artdığını vurğuladı. “XX əsr dünya tarixinin parlaq şəxsiyyətlərindən biri olaraq, Azərbaycan xalqının müstəqillik arzusunu özünün xüsusi dövlətçilik modelində gerçəkliyə çevirən və milyonların qəlbində yer tutan ümummilli lider Heydər Əliyev bu gün yeniləşən müstəqil və müasirləşən Azərbaycanın memarı kimi daim böyük rəğbət və ehtiramla yad edilir”.

"Ekspress" qəzetinin baş redaktoru Qəzənfər Bayramov Azərbaycan müstəqillik əldə etdikdən sonra, bütün sahələrdə olduğu kimi, mətbuat sahəsində də əldə edilmiş əsaslı irəliləyişlər də, ulu öndər - Heydər Əliyevin - xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra mümkün olub. Q.Bayramov ulu öndərin jurnalistlərin dostu olduğunu, Heydər Əliyevin mətbuat işçiləri ilə görüşlərini haqqında xatirələrini tədbir iştirkaçılarının diqqətinə çatdırdı.