Valyuta məzənnəsi: $ 1.7 € 1.8399 ₽ 0.0185 ₺ 0.0526
AZ EN RU

Hadisələr

20 Sentyabr - Neftçilər Gününə həsr edilmiş tədbir

20.09.2013

20 Sentyabr 2013 -cü il tarixində, CPC –də keçirilən Neftçilər Gününə həsr edilmiş tədbiri açan CPC-nin Direktoru – Azər N. İsayev, tədbir iştirakçılarını Neftçilər Günü və “Əsrin Müqaviləsi” –nin imzalanmasının 19 -cu il dönümü münasibətilə təbrik etdi. Azərbaycanın qürur hissi doğuran inkişafı haqqında danışan müəssisə rəhbəri, Ulu Öndər Heydər Əliyevin Neft Strategiyasının reallaşması nəticəsində son illərdə ölkəmizdə neft və qeyri neft sektorlarında əldə edilmiş nailiyyətləri qeyd etdi, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin, Azərbaycan iqtisadiyyatının bütün sahələrinə ayırdığı diqqətin o cümlədən Neft – Qaz sektorunun inkişafında da böyük rolunun olduğunu vurğuladı.  

Daha sonra, Azər İsayev Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti cənab Rövnəq Abdullayevin əmri ilə Fəxri Fərmanlarla təltif edilmiş CPC əməkdaşlarını təbrik etdi və Fəxri Fərmanları təqdim etdi. Bu il, neft və qaz sənayesinin inkişafında xüsusi xidmətlərinə görə CPC –nin iki əməkdaşı – kran operatoru Yusif Haxverdiyev və Boru izolyasiya sexinin mexaniki Tahir Məmmədov bu fəxri ada layiq görülmüşdü.

Daha sonra CPC adından, peşə fəaliyyətində nümayiş  etdikləri yüksək göstəricilərə görə, Maliyyə və mühasibatlıq şöbəsinin meneceri Anar Məmmədov və Boru sahəsinin meneceri Ələkbər Tağıyevə Təşəkkür məktubları təqdim edildi.

Yığıncağın sonunda kollektiv fotoşəkil çəkildi.

Qalereya