Valyuta məzənnəsi: $ 1.7 € 1.8399 ₽ 0.0185 ₺ 0.0526
AZ EN RU

Hadisələr

Əmək fəaliyyətində fərqlənən əməkdaşların mükafatlandırılması

25.12.2014

25 dekabr 2014-cü il tarixində “Caspian Pipe Coatings” MMC (CPC) şirkətinin istehsalat ofisində Dünya Azərbaycanlılarının Həmrəyliyi günü, qarşıdan gələn yeni il və əmək fəaliyyətində fərqlənən əməkdaşların mükafatlandırılması ilə əlaqədar olaraq, tədbir keçirildi. Tədbirdə CPC şirkətinin rəhbərliyi, əsas ofisinin işçiləri və istehsalatda çalışan əməkdaşları və yerinə yetirilən layihənin sifarişçisi olan Bredero Shaw şirkətinin əməkdaşları iştirak etdilər.

Tədbiri çıxış sözü ilə açan CPC-nin Direktoru Azər N. İsayev tədbir iştirakçılarını salamladı və bu ilin nəticələrinin çox pozitiv olduğunu bildirdi. O, bəyan etdi ki, hər kəs hal-hazırda yerinə yetirilən layihənin uğurla başa çatdırılmasına töhfə verməyə hazırdır. Əsas məqsədin keyfiyyətli və təhlükəsiz iş görməkdən ibarət olduğunu bildirən şirkət rəhbəri 2015-ci ildə hamıya can sağlığı və uğurlar arzuladı və tədbir iştirakçılarını qarşıdan gələn bayramlar münasibətilə təbrik etdi.

Fərqlənən əməkdaşları qeyd edən direktor mükafatlandırılacaq əməkdaşlar arasında həmçinin, Bredero Shaw şirkətinin əməkdaşlarından da bir nəfərin olduğunu bildirdi. O, əlavə etdi ki, bu, birgə fəaliyyətə və komanda ruhunun formalaşdırılmasına töhfə verəcəkdir. Bu müddət ərzində fərqlənən şəxslərin öz əməyi ilə fərqlənənlər arasından seçildiyini bildirən rəhbər, CPC şirkətinin bununla məhdudlaşmayacağını vurğuladı.

CPC-nin kadrlar şöbəsi üzrə nəzarətçisi Samir Əliyev bildirdi ki, şirkətin əməkdaşları 2014-cü ilin oktyabr, noyabr və dekabr ayları üzrə “Ayın ən yaxşı işçisi”, “Təhlükəsizlik üzrə ayın lider işçisi” və “Ayın fərqlənən peşəkar işçisi” nominasiyalarına uyğun olaraq mükafatlandırılacaqlar. Hər bir ay üzrə 3 əməkdaş mükafatlandırılacaqdır.

CPC şirkətinin fərqlənən əməkdaşlarına müvafiq sertifikatlar və qiymətli hədiyyələr təqdim edildi. Bredero Shaw şirkətinin səfərbərlik üzrə meneceri Fərzad Zaemə “CPC ərazisində Bredero Shaw şirkətinin təhlükəsizlik üzrə lideri” nominasiyası üzrə mükafat verildi.

CPC-nin rəhbəri bəyan etdi ki, bu cür mükafatlar 2015-ci ildə də veriləcəkdir. O, hər kəsə görülən işlərin uğurla yerinə yetirilməsinə verdiyi töhfəyə görə təşəkkür etdi və tədbir iştirakçılarını qarşıdan gələn bayramlar münasibətilə bir daha təbrik etdi.

Bundan sonra, mükafatlandırılmış əməkdaşlar CPC-nin Direktoru Azər N. İsayevlə xatirə şəkli çəkdirdilər. Sonda CPC zavodunun önündə kollektiv xatirə şəkli çəkildi.

 
 

Qalereya