Valyuta məzənnəsi: $ 1.7 € 1.8399 ₽ 0.0185 ₺ 0.0526
AZ EN RU

Hadisələr

Xocalı faciəsinə həsr edilmiş tədbir

26.02.2015

“Caspian Pipe Coatings” MMC (CPC) şirkətinin baş ofisində Xocalı faciəsinə həsr edilmiş tədbir keçirildi. Tədbirdə CPC-nin rəhbərliyi və əməkdaşları və ShawCor şirkətinin nümayəndələri iştirak etdilər.

26 fevral 2015-ci il tarixində “Caspian Pipe Coatings” MMC (CPC) şirkətinin baş ofisində Xocalı faciəsinə həsr edilmiş tədbir keçirildi. Tədbirdə CPC-nin rəhbərliyi və əməkdaşları və ShawCor şirkətinin nümayəndələri iştirak etdilər.

Tədbirin əvvəlində CPC-nin direktoru cənab Azər N. İsayev giriş sözü ilə çıxış etdi və Azərbaycan tarixində qanlı hərflərlə yazılmış bu faciə və onun qurbanları haqqında tədbir iştirakçılarına qısa məlumat verdi. O, Azərbaycanın üzləşdiyi bu ədalətsizliyə soz qoyulacağına ümid etdiyini bildirdi. Onun təklifi ilə, faciə qurbanları bir dəqiqəlik sükutla yad edildi.

Xocalı faciəsi haqqında qısa videoçarx nümayiş etdirildi.

Sonra, CPC-nin əməkdaşları Xocalı faciəsi, erməni silahlı dəstələrinin törətdiyi vəhşiliklər və bu cür qeyri-insani hərəkətlər nəticəsində həyatını itirmiş və sağ qalmış insanlar haqqında məlumat verdilər. Tədbirdə iştirak edən əcnəbi nümayəndənin faciə və onun qurbanları haqqında daha dolğun məlumat əldə edə bilməsi üçün yuxarıda qeyd olunan məlumatlar həmçinin, ingilis dilinə tərcümə edilmiş şəkildə təqdim edildi.

Tədbirin sonunda CPC-nin direktoru cənab Azər N. İsayev tədbir iştirakçılarına tədbirə qatıldıqlarına görə təşəkkür etdi. O, Azərbaycan ordusunun Dağlıq Qarabağ və ətraf əraziləri azad edərkən, orada yaşayan erməni mülki əhalisinə qarşı bu cür vəhşiliklərə yol verilməyəcəyinə əmin olduğunu və münaqişənin dinc yolla həll ediləcəyinə ümid etdiyini bildirdi, CPC və ShawCor əməkdaşlarının birgə müraciət hazırlamasını və müvafiq beynəlxalq qurumlara təqdim etməsini təklif etdi.

 

Qalereya