Valyuta məzənnəsi: $ 1.7 € 1.8082 ₽ 0.0181 ₺ 0.0522
AZ EN RU

Hadisələr

CPC-də tarixi günlər ilə bağlı tədbir keçirildi

08.05.2015

8 may 2015-ci il tarixində “Caspian Pipe Coatings” MMC-nin baş ofisində Azərbaycanın Şuşa şəhərinin işğal edilməsinin 23-cü il dönümü, 9 may – Faşizm üzərində Qələbə Günü və 10 may mərhum prezident Heydər Əliyevin doğum gününün 92 illiyinə həsr edilmiş tədbir keçirildi. Tədbirdə CPC-nin rəhbərliyi və əməkdaşları və ShawCor şirkətinin nümayəndələri iştirak etdilər.

Tədbirin əvvəlində CPC-nin direktoru cənab Azər N. İsayev giriş sözü ilə çıxış edərək, ilk növbədə Şuşa şəhərinin işğalı zamanı baş vermiş faciə, daha sonra faşizm üzərində tarixi qələbənin əldə edilməsinə Azərbaycanın və onun mərd oğullarının verdiyi töhfə haqqında tədbir iştirakçılarına qısa məlumat verdikdən sonra Azərbaycan xalqının hər il Ümummilli Lider Heydər Əliyevin doğum gününü yüksək sevinclə qarşıladığını və bununla bağlı bütün ölkə ərazisində anım tədbirlərinin keçirildiyini qeyd etdi. Onun təklifi ilə, Şuşa faciəsində həlak olmuş vətəndaşlarımız, 9 mayda qeyd olunan qələbə uğrunda həyatını itirmiş qəhrəmanlar və mərhum prezident Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Sonra, CPC-nin direktor müavini Rasim Mustafayev, Şuşa faciəsində yaşanan hadisələrin, yerli xalqımıza qarşı törədilən cinayətlərin bəzi təfərrüatları barədə məlumat verdi. Bunun ardınca, CPC-nin layihə meneceri Eldəniz Hacıməmmədov, qələbə gününə aparan yol, faşizm üzərində qələbənin əldə edilməsində Azərbaycan neft sənayesinin və ölkə əhalisinin oynadığı rol haqqında məlumat verdikdən sonra CPC-nin maliyyə və mühasibatlıq şöbəsinin meneceri Anar Məmmədov, mərhum prezident Heydər Əliyevin keçdiyi həyat yolu, əldə etdiyi uğurlar və Azərbaycan xalqının rifahı üçün gördüyü işlər haqqında ətraflı məlumat verərək, iştirakçılara bununla bağlı təqdimat nümayiş etdirdi. Bundan əlavə, CPC-nin digər əməkdaşları Ümummilli Liderin davamçısı İlham Əliyevin müasir Azərbaycan ölkəsi üçün görmüş olduğu işlər barədə danışdılar.

Yekun olaraq, CPC-nin direktoru cənab Azər N. İsayev bu il Bakı şəhərində keçiriləcək Avropa 2015 oyunlarına hazırlıq və bu istiqamətdə görülmüş işlər barədə qısa məlumat verdi və Avropa oyunlarına açılış məşəlinin məhz paytaxt Bakıda alovlanması kimi unudulmaz bir hadisə ilə Azərbaycanın tarixə öz adını yazdırdığını vurğulayaraq, hər bir Azərbaycanlının bununla fəxr etdiyini xüsusilə qeyd etdi.

Tədbirin sonunda CPC-nin direktoru cənab Azər N. İsayev tədbir iştirakçılarına tədbirə qatıldıqlarına görə təşəkkür etdi.
 

Qalereya