Valyuta məzənnəsi: $ 1.7 € 1.8205 ₽ 0.0184 ₺ 0.0522
AZ EN RU

Hadisələr

“Şahdəniz-2” layihəsinin korroziya əleyhinə sonuncu boru örtükləməsi ilə bağlı tədbir

15.12.2015

15 dekabr 2015-ci il tarixində “CaspianPipeCoatings” MMC-nin istehsalat sahəsində "Əsrin Müqaviləsi" çərçivəsində həyata keçirilən “Şahdəniz-2” layihəsinin korroziya qarşı örtükləmə mərhələsinin yekunlaşması və davam edən layıhənin, örtüklənmiş boruların təyinatı üzrə dənizaltı quraşdırılma məntəqəsinə daşınması mərhələsinə keçid alması ilə əlaqədar, sonuncu borunun korroziya əleyhinə örtüklənməsi münasibətilə tədbir keçirildi.

Tədbirdə, “Şahdəniz-2” layihəsinin icrasını həyata keçirən və Xəzəryanı regionda boru örtükləməsi sahəsində tək tərəfdaş olan “CaspianPipeCoatings” MMC-in Direktoru Azər N. İsayev, Layihə meneceri Eldəniz Hacıməmmədov, 2015 il üzrə CPC-də“İlin peşəkar əməkdaşı” mükafatına layiq görülmüşİstehsalat üzrə menecer İlham Zeynalov, layihə Alyansının Operatoru olaraq fəaliyyət göstərən ShawCorNederland B.V. şirkətinin nümayəndələri - Alyansın direktoru MarkTaylor, Alyansın müavini və NümayəndəlikdirektoruAlexRobertson, eləcə də “Şahdəniz-2” layihəsinin sifarişçisi olan BP şirkətinin nümayəndəsi EdwardSmith və boru örtükləmə, boru sahəsi və keyfiyyətə nəzarət sektorlarında fəaliyyət göstərən əməliyyat heyəti və istehsalatda çalışan əməkdaşlar iştirak etdilər.

Tədbirin əvvəlində CPC-nin Direktoru Azər N. İsayev açılış sözü ilə çıxış edərək, sonuncu borunun korroziya əleyhinə örtüklənməsi və layihənin növbəti mərhələsinə keçid alınması münasibətilə tərəfdaşşirkətləri və “Şahdəniz-2” layihəsinə öz töhfəsini verən və bu layihədə çalışan bütün əməkdaşları CPC-nin adından təbrik etdi və bundan əvvəl başa çatmış beton örtükləmə mərhələsində olduğu kimi, korroziya əleyhinə örtükləmə mərhələsinin də yüksək keyfiyyətlə və təhlükəsiz şəkildə başa çatdığını xüsusilə qeyd etdi.

Qeyd olunan şirkət nümayəndələri də öz şirkətləri adından bu təbrikə qoşularaq, layihənin növbəti mərhələlərində bütün “CaspianPipeCoatings” MMC-nin və ShawCorNederland B.V. şirkətlərinin rəhbərliyi və əməkdaşlarına uğurlar arzuladılar.

Sonda tədbirdə iştirak edən şirkət rəhbərləri, nümayəndələr və əməkdaşlar birgə xatirə şəkli çəkdirdilər.