Valyuta məzənnəsi: $ 1.7 € 1.8082 ₽ 0.0181 ₺ 0.0522
AZ EN RU

Hadisələr

“Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi layihəsi” çərçivəsində işlər müvəffəqiyyətlə başa çatdırıldı

01.05.2016

“Caspian Pipe Coatings” (CPC) MMC, SAJV (Saipem/Azfen JV) şirkətinin sifarişi ilə “Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi layihəsi” (SCPX) çərçivəsində ümumi uzunluğu 5 320 metr olan 432 ədəd 48 düym diametrli boruların üzərinə 90 mm qalınlığı olan beton örtüyünün çəkilməsi işini müvəffəqiyyətlə başa çatdırdı.

Qeyd etmək istəyirik ki, CPC üçün bu, diametri 48 düymlük boruların üzərinə 90 mm-lik qalınlığı olan qoruyucu beton örtüyünün çəkildiyi ilk layihə oldu. SCPX layihəsi üzrə işlərin məhdud vaxt çərçivəsində və “Şahdəniz 2” layihəsinin icrası ilə eyni dövrə təsadüf etdiyi bir vaxtda keçirilməsinə baxmayaraq, CPC-nin peşəkar heyəti bu sınaqdan layiqincə və müvəffəqiyyətlə keçdi.

Qısa bir zamanda Boru betonlama zavodunun istehsal xəttində CPC-nin mühəndisləri tərəfindən zəruri kökləmə və sazlama işləri həyata keçirilmişdir. Bu sayədə borulara beton örtüyünün çəkilməsi işi layihənin tələblərinə uyğun olaraq tam vaxtında, yüksək keyfiyyətlə və təhlükəsiz əmək şəraiti təmin olunaraq həyata keçirilmişdir.