Valyuta məzənnəsi: $ 1.7 € 1.8082 ₽ 0.0181 ₺ 0.0522
AZ EN RU

Hadisələr

“Şahdəniz-2” layihəsi üçün son borunun simvolik gəmiyə yüklənmə mərasimi

12.01.2017

12 yanvar 2017-ci il tarixində “Caspian Pipe Coatings” MMC-nin istehsalat sahəsində "Əsrin Müqaviləsi" üzrə həyata keçirilən “Şahdəniz-2” layihəsi çərçivəsində CPC-də simvolik olaraq korroziya qarşı və betonla örtüklənmiş son borunun təyinatı üzrə dənizaltı quraşdırılma məntəqəsinə daşınması məqsədi ilə gəmiyə yüklənmə mərasimi keçirildi. Tədbirdə, “Şahdəniz-2” layihəsinin icrasını həyata keçirən və Xəzəryanı regionda boru örtükləməsi sahəsində yeganə müəssisə olan “Caspian Pipe Coatings” MMC-nin rəhbərliyi və kollektivi, layihə Alyansının Operatoru olaraq fəaliyyət göstərən ShawCor Nederland B.V. şirkətinin nümayəndələri Alex Robertson, Tom Tonessen eləcə də “Şahdəniz-2” layihəsinin sifarişçisi olan BP şirkətinin nümayəndəsi Edward Smith və boru örtükləmə, boru sahəsi və keyfiyyətə nəzarət sektorlarında fəaliyyət göstərən əməliyyat heyəti və istehsalatda çalışan əməkdaşlar iştirak etdilər.
Tədbirin əvvəlində CPC-nin Direktoru Azər N. İsayev açılış sözü ilə çıxış edərək, sonuncu borunun korroziya əleyhinə örtüklənməsi və layihənin növbəti mərhələsinə keçid alınması münasibətilə tərəfdaş şirkətləri və “Şahdəniz-2” layihəsinə öz töhfəsini verən və bu layihədə çalışan bütün əməkdaşları CPC-nin adından təbrik etdi və bundan əvvəl başa çatmış beton örtükləmə mərhələsində olduğu kimi, korroziya əleyhinə örtükləmə mərhələsinin də yüksək keyfiyyətlə və təhlükəsiz şəkildə başa çatdığını xüsusilə qeyd etdi.
Qeyd olunan şirkət nümayəndələri də öz şirkətləri adından bu təbrikə qoşularaq, layihənin növbəti mərhələlərində “Caspian Pipe Coatings” MMC-nin və ShawCor Nederland B.V. şirkətlərinin rəhbərliyi və əməkdaşlarına uğurlar arzuladılar.

Sonda, tədbirdə iştirak edən şirkət rəhbərləri, nümayəndələr və əməkdaşlar ilə birgə xatirə şəkli çəkildi.

 

Qalereya