Valyuta məzənnəsi: $ 1.7 € 1.8399 ₽ 0.0185 ₺ 0.0526
AZ EN RU

Hadisələr

20 yanvar faciəsinin il dönümünə həsr olunmuş tədbir

19.01.2017

Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvarında ölkəmizə qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar hərəkətlərindən və keçmiş SSRİ rəhbərliyinin onlara havadarlığından hiddətlənən, Bakının küçələrinə və meydanlarına çıxaraq buna öz qəti etirazını bildirən geniş xalq kütlələrinə qarşı sovet ordusunun döyüş hissələrinin yeridilməsi Azərbaycanda misli görünməmiş faciəyə gətirib çıxardı.
CPC əməkdaşları ənənəvi olaraq 20 yanvar faciəsinin qurbanlarının xatirəsini yad etmək üçün hər il bir araya toplanaraq tədbir keçirirlər. Bu il keçirilən tədbirdə 20 yanvar faciəsi haqqında danışan sənədli film nümayiş olundu, əməkdaşlar o günlərə bağlı olan öz xatirələri ilə bölüşdü, faciə qurbanlarının xatirəsi 1 dəqiqəlik sükutla yad edildi.