Valyuta məzənnəsi: $ 1.7 € 1.8205 ₽ 0.0184 ₺ 0.0522
AZ EN RU

Hadisələr

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunan həftəlik mühazirələr silsiləsi

24.01.2018

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında Azərbaycan Respublikası Prezidentinin 16 may 2017-ci il tarixli Sərəncamına, habelə 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 2018-ci il tarixli Sərəncamına əsaslanaraq, Müsəlman Şərqində ilk demokratik respublika olan və milli dövlətçilik salnaməsini müstəsna dərəcədə zənginləşdirən Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin “Caspian Pipe Coatings” MMC-də (CPC) layiqincə keçirilməsini təmin etmək məqsədi ilə təşkil olunmuş tədbirlər sırasında müəssisənin aparıcı əməkdaşları tərəfindən təqdim olunan həftəlik mühazirələrin həyata keçirilməsinə start verildi.

"Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin tarixi əhəmiyyəti" mövzusunda ilk mühazırəni CPC-nin Direktoru Azər N. İsayev təqdim etdi. Tədbirdə iştirak edən müəssisə əməkdaşlarına elektron təqdimat vasitəsi ilə 1918-1920-ci illərdə baş vermiş tarixi hadisələr və onların müasir Azərbaycan dövlətçiliyi üçün müstəsna əhəmiyyəti haqqında məlumatlar nümayiş olunmuşdur, Azərbaycan Respublikası Prezidentinin 16 may 2017-ci il tarixli Sərəncamı səsləndirilmişdir.

Tədbir zamanı CPC-nin Direktoru mühazirələrin hazırlanmasına cəlb olunmuş CPC əməkdaşlarına Azərbaycan Xalq Cümhuriyyəti dövründə ərsəyə gəlmiş tarixi məqamlar, əhəmiyyətli hadısələr, mühüm qərarlar və nailiyyətlər haqqında məlumatların hazırlanmasına dair öz tövsiyələrini verdi, bu cür tədbirlərin keçirilməsi ilə Azərbaycan xalqının tarixi irsinin öyrənilməsində mühüm faydanın olmasını vurğuladı.