Valyuta məzənnəsi: $ 1.7 € 1.8152 ₽ 0.018 ₺ 0.0523
AZ EN RU

Hadisələr

Mühazirə - Zavod/İstehsalat üzrə meneceri İlham Zeynalov

31.01.2018

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında Azərbaycan Respublikası Prezidentinin 16 may 2017-ci il tarixli Sərəncamına, habelə 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 2018-ci il tarixli Sərəncamına əsaslanaraq, Müsəlman Şərqində ilk demokratik respublika olan və milli dövlətçilik salnaməsini müstəsna dərəcədə zənginləşdirən Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin “Caspian Pipe Coatings” MMC-də (CPC) layiqincə keçirilməsini təmin etmək məqsədi ilə təşkil olunmuş tədbirlər sırasında müəssisənin aparıcı əməkdaşları tərəfindən təqdim olunan həftəlik mühazirələrin həyata keçirilməsinə start verildi.

"Azərbaycan xalq cümhuriyyəti dövründə hüquqi və siyasi islahatlar - gənc dövlətin atributları haqqında" mövzusunda mühazırəni CPC-nin Zavod/İstehsalat üzrə meneceri İlham Zeynalov təqdim etdi. Tədbirdə iştirak edən müəssisə əməkdaşlarına elektron təqdimat vasitəsi ilə 1918-1920-ci illərdə həyata keçirilmiş hüquqi və siyasi islahatlar və onların müasir Azərbaycan dövlətçiliyi üçün müstəsna əhəmiyyəti haqqında məlumatlar nümayiş olunmuşdur.

İlham Zeynalov tədbir iştirakçılarına gənc dövlətin atributları olan müstəqillik aktı, bayraq və gerb, milli ordunun yaradılması tarixi, orden və medalların, pul vahidlərinin, mülki və digər ümum vətəndaş sənədlərin, qanunvericilik aktlarının və qaydaların yaranması tarixindən məlumat verdi.

Tədbir zamanı İlham Zeynalov dinləyicilərin suallarını cavablandırdı, sonra tədbir iştirakçıları Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri 134 il əvvəl anadan olmuş Məmməd Əmin Ələkbər oğlu Rəsulzadənin xatirəsini yad etdilər.
"Azərbaycan xalq cümhuriyyəti dövründə hüquqi və siyasi islahatlar - gənc dövlətin atributları haqqında" mövzusunda mühazırəni CPC-nin Zavod/İstehsalat üzrə meneceri İlham Zeynalov təqdim etdi.