Valyuta məzənnəsi: $ 1.7 € 1.8399 ₽ 0.0185 ₺ 0.0526
AZ EN RU

Hadisələr

Mühazirə - CPC-nin Layihənin inkişafı üzrə meneceri / Texniki işlər üzrə meneceri Təbriz Cəbrayılov

15.02.2018

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında Azərbaycan Respublikası Prezidentinin 16 may 2017-ci il tarixli Sərəncamına, habelə 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 2018-ci il tarixli Sərəncamına əsaslanaraq, Müsəlman Şərqində ilk demokratik respublika olan və milli dövlətçilik salnaməsini müstəsna dərəcədə zənginləşdirən Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin “Caspian Pipe Coatings” MMC-də (CPC) layiqincə keçirilməsini təmin etmək məqsədi ilə təşkil olunmuş tədbirlər sırasında müəssisənin aparıcı əməkdaşları tərəfindən təqdim olunan həftəlik mühazirələrin həyata keçirilməsi davam edir.

“Beynəlxalq təşkilatlar tərəfindən Azərbaycan Xalq Cümhuriyyətinin müstəqilliyinin tanınması və «Paris sülh konfransı»” mövzulu mühazirəni CPC-nin Layihənin inkişafı üzrə meneceri / Texniki işlər üzrə meneceri Təbriz Cəbrayılov təqdim etdi.