Valyuta məzənnəsi: $ 1.7 € 1.9768 ₽ 0.0239 ₺ 0.1784
AZ EN RU

Hadisələr

Mühazirə - CPC-nin Layihə meneceri Eldəniz Hacıməmmədov

28.02.2018

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında Azərbaycan Respublikası Prezidentinin 16 may 2017-ci il tarixli Sərəncamına, habelə 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 2018-ci il tarixli Sərəncamına əsaslanaraq, Müsəlman Şərqində ilk demokratik respublika olan və milli dövlətçilik salnaməsini müstəsna dərəcədə zənginləşdirən Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin “Caspian Pipe Coatings” MMC-də (CPC) layiqincə keçirilməsini təmin etmək məqsədi ilə təşkil olunmuş tədbirlər sırasında müəssisənin aparıcı əməkdaşları tərəfindən təqdim olunan həftəlik mühazirələrin həyata keçirilməsi davam edir.

“Azərbaycan Xalq Cümhuriyyəti dövründə ölkədə hərbi qüvvələrin yaradılması” mövzulu mühazirəni CPC-nin Layihə meneceri Eldəniz Hacıməmmədov təqdim etdi.