Valyuta məzənnəsi: $ 1.7 € 1.9768 ₽ 0.0239 ₺ 0.1784
AZ EN RU

Hadisələr

Mühazirə - CPC-nin İT üzrə meneceri / İnzibati işlər üzrə koordinatoru Adil Qurbanov

28.03.2018

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında Azərbaycan Respublikası Prezidentinin 16 may 2017-ci il tarixli Sərəncamına, habelə 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 2018-ci il tarixli Sərəncamına əsaslanaraq, Müsəlman Şərqində ilk demokratik respublika olan və milli dövlətçilik salnaməsini müstəsna dərəcədə zənginləşdirən Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin “Caspian Pipe Coatings” MMC-də (CPC) layiqincə keçirilməsini təmin etmək məqsədi ilə təşkil olunmuş tədbirlər sırasında müəssisənin aparıcı əməkdaşları tərəfindən təqdim olunan həftəlik mühazirələrin həyata keçirilməsi davam edir.

“1918-1920-ci illərdə Azərbaycana qarşı Ermənistanın ərazi iddiaları və soyqırımı aktları haqqında” mövzulu mühazirəni CPC-nin İT üzrə meneceri / İnzibati işlər üzrə koordinatoru Adil Qurbanov etdi.