Valyuta məzənnəsi: $ 1.7 € 1.8109 ₽ 0.0182 ₺ 0.0521
AZ EN RU

Hadisələr

Mühazirə - CPC-nin Boru sahəsi üzrə nəzarətçi Kamaləddin İmamquliyev  

16.05.2018

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında Azərbaycan Respublikası Prezidentinin 16 may 2017-ci il tarixli Sərəncamına, habelə 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 2018-ci il tarixli Sərəncamına əsaslanaraq, Müsəlman Şərqində ilk demokratik respublika olan və milli dövlətçilik salnaməsini müstəsna dərəcədə zənginləşdirən Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin “Caspian Pipe Coatings” MMC-də (CPC) layiqincə keçirilməsini təmin etmək məqsədi ilə təşkil olunmuş tədbirlər sırasında müəssisənin aparıcı əməkdaşları tərəfindən təqdim olunan həftəlik mühazirələrin həyata keçirilməsi davam edir.
"Azərbaycan Xalq Cümhuriyyətinin süqutu, onun səbəbləri və 1991-ci ildə Azərbaycan Respublikasının müstəqilliyinin bərpası haqqında” mövzulu mühazirəni CPC-nin Boru sahəsi üzrə nəzarətçi Kamaləddin İmamquliyev təqdim etdi.