Valyuta məzənnəsi: $ 1.7 € 1.832 ₽ 0.0184 ₺ 0.0524
AZ EN RU

Hadisələr

CPC-də Ulu öndər, mərhum Prezident Heydər Əliyevin anım mərasimi keçirildi

12.12.2018

12 dekabr 2018-cü il tarixində “Caspian Pipe Coatings” MMC (CPC) şirkətinin baş ofisində ulu öndər, xalqımızın ümummilli lideri, mərhum Prezident Heydər Əliyevin anım mərasimi keçirildi. Ulu öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Tədbir iştirakçılarına mərhum Prezidentin həyat və fəaliyyəti haqqında məlumat verildi. Ulu öndərin Azərbaycanda elmin, təhsilin, iqtisadiyyatının, yüngül və ağır sənayenin və neft strategiyasının inkişafında oynadığı rol xüsusən qeyd olundu. Məhz onun sayəsində Azərbaycanın dünyada neft və qaz ölkəsi kimi tanındığı bəyan edildi. Liderin 15 il əvvəl dünyasını dəyişməsinə baxmayaraq, özündən sonra qoyduğu irsin davam etdirildiyi vurğulandı.

Bundan sonra, tədbir başa çatdı.

Qalereya