Valyuta məzənnəsi: $ 1.7 € 1.8082 ₽ 0.0181 ₺ 0.0522
AZ EN RU

Hadisələr

Neftçilər Gününə və “Əsrin Müqaviləsi"nin imzalanmasının 25 illiyinə həsr olunmuş tədbir

20.09.2019

20 sentyabr 2019-cu il tarixində, CPC-də keçirilən Neftçilər Gününə və “Əsrin Müqaviləsi"nin imzalanmasının 25 illiyinə həsr olunmuş tədbirin açılışında CPC-nin Direktoru Azər N. İsayev ilk nitqlə çıxış edərək tədbirdə iştirak edən bütün əməkdaşları və iştirakçıları bayram münasibətilə təbrik etdi. Azərbaycanın qürur hissi doğuran inkişafı barədə danışan müəssisə rəhbəri, Ulu Öndər Heydər Əliyevin Neft Strategiyasının reallaşması nəticəsində son illərdə ölkəmizdə neft və qeyri-neft sektorlarında əldə edilmiş nailiyyətlərdən bəhs etdi. Müəssisə rəhbəri, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Azərbaycan iqtisadiyyatının bütün sahələrinə diqqət ayırdığını, o cümlədən neft – qaz sektorunun inkişafında böyük rolunun olduğunu xüsusilə qeyd etdi.

Daha sonra CPC Direktoru Azər N. İsayev aşağıda adları qeyd olunan, CPC-nin təltif olunmuş əməkdaşlarını təbrik edərək onlara Təşəkkür Məktublarını təqdim etdi:

1. Adil Qurbanov İT üzrə menecer və Korporativ əlaqələr üzrə koordinator
2. Anar Məhərrəmov Zavod üzrə menecer müavini
3. Şaiq Qurbanov Anbar təsərrüfatı və material üzrə koordinator
4. Şahin Qasımov Elektrik işləri üzrə koordinator
5. Orxan Bayramov Aparıcı mühasib / Xəzinədar
6. Elçin Həsənov Mexaniki işlər üzrə aparıcı briqadir
7. Islam Süleymanov Anod bölməsinin aparıcı briqadiri
8. Yusuf Haqverdiyev Kran operatoru

CPC-nin iki aparıcı əməkdaşı uzun illər müəssisədə çalışan Layihə meneceri və Sifarişçi ilə əlaqələri üzrə menecer Eldəniz Hacıməmmədov və Təhlükəsizlik üzrə sahə koordinatoru (SƏTƏMM) Rövşən Mövludov fəxri sertifikatlarla təltif edildilər.

GOTTWALD boruqaldırıcı kranın uğurlu şəkildə nəqlinə görə Layihə meneceri və Sifarışçi ilə əlaqələri üzrə menecer Eldəniz Hacıməmmədova, Boru sahəsi üzrə menecer Ələkbər Tağıyevə və Kran operatoru Bəhram Qəmbərova Təşəkkür Məktubları təqdim edildi.

CPC-də əmək fəaliyyətinin “Neftçilər Günü”nə təsadüf edən 15 illik yubileyi münasibətilə Sahə əməliyyatları üzrə menecer İlham Zeynalov Təşəkkür Məktubu ilə təltif edildi.

Təqdimatdan sonra rəhbər və idarəetmə heyətinin üzvləri öz təbrik və tövsiyyələri ilə çıxış etdilər. br /> Tədbirin sonunda kollektiv fotoşəkil çəkildi.