Valyuta məzənnəsi: $ 1.7 € 1.8399 ₽ 0.0185 ₺ 0.0526
AZ EN RU

Hadisələr

19 iyun 2002-ci il - müəssisəmizin təsis edilmə günüdür

19.06.2020

19 iyun 2002-ci il - müəssisəmizin “Eupec Pipe Coatings Azerbaijan” olaraq təsis edilmə günüdür.

Müəssisəmiz təsis olunduğu tarixdən 18 illik fəaliyyəti dövrü ərzində ümumi uzunluğu 2600 km-dən çox bir sıra dövlət əhəmiyyətli regional və yerli magistral neft-qaz boru kəmərlərinin tikintisi layihələri çərçivəsində boruların korroziya əleyhinə izolyasiyası və betonlanması işlərinin icra etmişdir. Bu Layihələrdən “Azəri-Çıraq-Günəşli”, “Şahdəniz-1”, “Bakı-Tiflis-Ceyhan”, “Çıraq Neft Layihəsi”, “Şahdəniz-2”, “Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi” kimi regional və “Günəşli - Neft Daşları”, “Neft Daşları - Bahar”, “Bahar - Hovsan”, “Ümid”, “Abşeron”, “CGLP” (Conventional Gas Lift Project), “ACE” (Azeri Central East) kimi regional və yerli əhəmiyyətli layihələri uğurla həyata keçirmişdir.

Hazırda CPC BP-nin "ACE Layihəsi çərçivəsində örtüklənmiş borularının Saxlanma & Preservasiya olunması və gəmilərə yüklənməsi" ilə əlaqədar və ÜBƏŞ-nin "UMİD-Babək” Layihəsi çərçivəsində boruların korroziya əleyhinə izolyasiyası və betonla örtüklənməsi” tender prosesində iştirak edir və yaxın həftələrdə müsbət nəticələrin əldə edilməsi gözlənilir.